Modern.az

Azərbaycanın axtardığı hərbçi Rusiyada tutuldu - Geri qaytarılır

Azərbaycanın axtardığı hərbçi Rusiyada tutuldu - Geri qaytarılır

Aktual

Bu gün, 11:09

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

"Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Əlicanlı Nahid Rasim oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir", - məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hücum əmri - Kremlin itləri üstümüzə hürür