Modern.az

ABŞ-də ilk dəfə bir azərbaycanlı hüquq doktoru oldu

ABŞ-də ilk dəfə bir azərbaycanlı hüquq doktoru oldu

Aktual

Bu gün, 10:38

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Altay Mustafayev ABŞ-də hüquq elmləri doktoru (SJD) elmi dərəcəsi əldə edib.

Bu barədə Modern.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Altay Mustafayev bu yaxınlarda ABŞ-nin tanınmış ali təhsil müəssisələrindən biri olan İndiana Universitetinin Maurer Hüquq Məktəbində “Judicial Discretion in Common Law and Civil Law: A Comparative Legal and Institutional Analysis through Elinor Ostrom’s IAD Framework” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

Bununla da Altay Mustafayev ABŞ-də hüquq doktoru (SJD) dərəcəsi almış ilk azərbaycanlı olub.

Dissertasiya işində məhkəmə diskresiyasının ümumi hüquq (common law, anqlo-sakson hüquq sistemi) və kontinental (roman-german) hüquq sistemlərində formalaşması və tətbiqi müqayisəli hüquqi və institusional aspektdən araşdırılıb. Tədqiqatda Nobel mükafatı laureatı Elinor Ostromun İnstitusional Təhlil və İnkişaf çərçivəsindən istifadə olunaraq məhkəmə diskresiyasının hüquqi və institusional əsasları təhlil edilib.  

Qeyd edək ki, hüquq doktoru hüquq sahəsində ən yüksək akademik dərəcələrdən biri hesab olunur.

Altay Mustafayev ABŞ-nin Nyu-York Vəkillər Kollegiyasının üzvüdür.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hücumlar artır - Bakını hansı TƏHLÜKƏLƏR gözləyir?