Ermənistan parlamentində müxalifət fraksiyalarının rəhbərləri Anna Qriqoryan və Narek Karapetyan Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın görüş təklifini qəbul etməyiblər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Qeyd edək ki, Anna Akopyan sosial şəbəkələrdə yayımladığı videoda müxalifətçi qadın deputatları Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərin müzakirəsinə cəlb etmək istədiyini açıqlayıb.
Təklif olunan dəyişikliklərə əsasən, məişət zorakılığının ayrıca və müstəqil cinayət kimi Cinayət Məcəlləsində təsbit edilməsi nəzərdə tutulur.
Anna Akopyan görüşə “Hayastan” fraksiyasının rəhbəri Anna Qriqoryanı və “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyanı da dəvət edib.
Lakin hər iki müxalifət fraksiyasının rəhbəri görüş təklifini qəbul etməyib.