Modern.az

Britaniya Orta Dəhlizə dəstək verəcək - Səfir AÇIQLADI

Britaniya Orta Dəhlizə dəstək verəcək - Səfir AÇIQLADI

Aktual

Bu gün, 11:27

Cəmi iki həftə əvvəl Vaşinqton Zirvə Görüşünün birinci ildönümünü qeyd etdik. Sülhə doğru bu tarixi addımın atılmasında göstərilən siyasi liderliyi yüksək qiymətləndiririk. 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri Dankan Norman mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib.

“Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub. Sərhədlərin delimitasiyası işləri, Azərbaycanın Ermənistana enerji təchizatı və sərhədlərarası “Sülh Körpüsü” təşəbbüsü də daxil olmaqla, bu praktik addımları alqışlayırıq. Nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yenidən açılması Azərbaycan və Ermənistan arasında sülhün bütün regiona daha çox rifah və təhlükəsizlik gətirməsini təmin etməyə yardımcı ola bilər.

Birləşmiş Krallıq davamlı infrastruktur və daha əhatəli Orta Dəhliz üçün Britaniya təcrübəsi, investisiya və maliyyələşdirməsi də daxil olmaqla, layihənin praktik baxımdan tətbiqini dəstəkləməyə hazırdır. Birləşmiş Krallıq və Azərbaycan arasında yaxın dostluq münasibətləri mövcuddur. Biz bir çox məsələlərdə birlikdə işləyirik və bir çox mövzuda eyni fikirləri bölüşürük. Bu dostluq münasibətlərini daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirəm”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!