Modern.az

Pakistanda məscid partladıldı - 15 ölü, 50 yaralı

Pakistanda məscid partladıldı - 15 ölü, 50 yaralı

Aktual

18 Sentyabr 2026, 14:00

Pakistanda məscidin yaxınlığında güclü partlayış baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xeybər-Paxtunxva vilayətində qeydə alınıb.

Məlumata görə, partlayış cümə namazı vaxtı baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Yaralananlar arasında polis əməkdaşlarının da olduğu bildirilir.

Partlayış nəticəsində məscidin binasına ciddi ziyan dəyib.

İlkin məlumata görə, partlayıcı yüklü avtomobil məscidin yaxınlığında yerləşən obyektlərdən birinə çırpılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri