Modern.az

AZAL təyyarələrində yeni musiqilər səslənəcək

AZAL təyyarələrində yeni musiqilər səslənəcək

Aktual

Bu gün, 15:56

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Azərbaycan Hava Yolları (AZAL) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə “Səmanın ritmi” musiqi müsabiqəsi keçirilib.

Modern.az-ın məlumatına görə, müsabiqənin əsas məqsədi AZAL-ın uçuşdaxili musiqilərinin yenilənməsi və aviaşirkətin brend kimliyini əks etdirən instrumental kompozisiyaların hazırlanması olub.

Müsabiqədə Azərbaycan Milli Konservatoriyasının 7 tələbəsi 21 kompozisiya ilə iştirak edib. Qiymətləndirmənin nəticələrinə əsasən, ən çox xal toplayan üç tələbə müvafiq olaraq I, II və III yerlərə layiq görülüb və mükafatlandırılıb.

Əsərlər bəstəkarlar və AZAL-ın rəhbər heyətinin üzvlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflər heyətində Azərbaycan Milli Konservatoriyasının “Dirijorluq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Pikə Axundova-Talıblı, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının dosenti, Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadə, həmin kafedranın müəllimi, Xalq artisti, caz bəstəkarı Salman Qənbərov, həmçinin müstəqil ekspert, Bəstəkarlar İttifaqının nümayəndəsi, Əməkdar artist, bəstəkar Vüqar Camalzadə yer alıb.

Müsabiqədə seçilən üç kompozisiyanın yaxın aylarda AZAL-ın uçuşlarında sərnişinlərin qarşılanması və yola salınması zamanı, həmçinin uçuşdaxili əyləncə sistemində fon musiqisi kimi səsləndirilməsi nəzərdə tutulur.

Layihə gənc musiqiçilərə yaradıcılıq potensiallarını nümayiş etdirmək və əsərlərini daha geniş auditoriyaya təqdim etmək imkanı yaradıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?