Modern.az

Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

Aktual

Bu gün, 12:53

Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında gündüz 26-30° isti olacaq

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə gecə 70-75 %, gündüz 50-60 % olacaq.


Dağlıq və dağətəyi rayonlarda leysan olacaq


Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 29-33° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı