Modern.az

Rusiyadan Ermənistana xəbərdarlıq: Avropa İttifaqına üzv olsa...

Rusiyadan Ermənistana xəbərdarlıq: Avropa İttifaqına üzv olsa...

Aktual

Bu gün, 14:10

Rusiya Daxili İşlər Nazirliyi MDB ölkələri və Gürcüstandan olan peşəkar sürücülər üçün ölkədə qalma müddətinin 180 günə qədər uzadılması ilə bağlı güzəşti həmin ölkələr Avropa İttifaqına üzv olmaq qərarı verəcəyi təqdirdə ləğv edəcək.

Modern.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya hökumətinin qərar layihəsinə istinadən məlumat yayıb.

2026-cı ilin aprelində Rusiya Baş naziri Mixail Mişustinin qərarı ilə MDB ölkələri və Gürcüstanın beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücüləri üçün Rusiyada müvəqqəti qalma müddəti 90 gündən 180 günə qədər artırılıb. Bu qayda Rusiyaya vizasız daxil olan sürücülərə şamil edilir.

Rusiya DİN-in yeni təklifinə əsasən, MDB-yə üzv hər hansı ölkə və ya Gürcüstan Avropa İttifaqına üzv olmaq barədə qərar qəbul edərsə, həmin ölkə vətəndaşları üçün 180 günlük güzəşt qüvvədən düşəcək.

Layihə qəbul ediləcəyi təqdirdə, həmin ölkələrin peşəkar sürücüləri Rusiyada yenidən bir il ərzində maksimum 90 gün qala biləcəklər.

Layihənin izahatında qeyd olunur ki, təşəbbüs Rusiyanın maraqlarının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb.

Rusiya DİN hesab edir ki, MDB ölkələrinin və Gürcüstanın Avropa İttifaqına üzv olmaq barədə mümkün qərarı Avrasiya İqtisadi İttifaqının məqsədlərinə uyğun deyil və Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yarada bilər.

RİA Novosti həmçinin xatırladır ki, 2025-ci ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az