Modern.az

6 xalçamı apardılar, hələ də qaytarmayıblar - “555” xalça yumadan ŞİKAYƏT

6 xalçamı apardılar, hələ də qaytarmayıblar - “555” xalça yumadan ŞİKAYƏT

Aktual

Bu gün, 12:55

Bakıda fəaliyyət göstərən “555” adlı xalça yuma şirkəti ilə bağlı vətəndaşlardan şikayət daxil olub.

Modern.az xəbər verir ki, şikayətçilər şirkətə yumaq üçün təhvil verdikləri xalçaların müəyyən edilmiş müddətdə geri qaytarılmadığını bildirirlər.

Vətəndaşın sözlərinə görə, onun 6 xalçası avqustun 24-də şirkətin əməkdaşları tərəfindən yumaq üçün təhvil alınıb. Müştəriyə xalçaların 22 gün ərzində geri çatdırılacağı bildirilib. Lakin göstərilən müddət başa çatdıqdan sonra xalçaların qaytarılmadığı, şirkətlə əlaqə saxlamağın isə çətinləşdiyi iddia olunur.

“Xalçalarımı yumaq üçün təhvil vermişəm. 6 xalçam hələ də qaytarılmayıb. Müəyyən edilmiş müddət də keçib. Şirkətlə əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmirik”, - deyə şikayətçi bildirib.

Şikayətçinin sözlərinə görə, şirkətin sosial şəbəkə hesabları ilə bağlı da problem yaranıb. O, “555” xalça yumanın “Instagram” hesabının sonradan silindiyini iddia edir. Vətəndaş məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də bildirib. Onun sözlərinə görə, şirkətlə bağlı digər vətəndaşların da polisə oxşar müraciətlər etdiyi barədə məlumat əldə edib.

Hazırda vətəndaşın əsas tələbi təhvil verdiyi 6 xalçasının geri qaytarılmasıdır. O, həmçinin xalçaların yuyulması üçün ödədiyi vəsaitlə bağlı da məsələnin həllini istəyir. Şikayətçinin redaksiyaya təqdim etdiyi yazışmaların ekran görüntülərində tərəflər arasında xalçaların təhvil verilməsi və geri qaytarılması ilə bağlı ünsiyyət əks olunub.

Qeyd edək ki, məsələ ilə bağlı “555” xalça yuma şirkətinin mövqeyini dərc etməyə hazırıq. Şikayətçinin səsləndirdiyi iddiaların hüquqi qiyməti və digər mümkün zərərçəkənlərin olub-olmaması araşdırmanın nəticəsində müəyyənləşə bilər.

Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?