Modern.az

Marneulidə nəvəsini zorla ərə verməyə çalışan nənə saxlanıldı

Marneulidə nəvəsini zorla ərə verməyə çalışan nənə saxlanıldı

Aktual

Bu gün, 13:17

Nənə azyaşlı nəvəsini zorla qonşusuna ərə vermək istəyib.

Modern.az-ın Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, Marneuli bələdiyyəsində azyaşlı qızın iradəsinin əksinə olaraq qonşusuna ərə verilməsinə məcbur edilməsi ilə bağlı hadisə baş verib.

İstintaqın məlumatına görə, qızın nənəsi onu öz iradəsinə zidd olaraq qonşusu ilə evlənməyə məcbur etməyə çalışıb. Hadisə ilə əlaqədar qadın saxlanılıb. Zərərçəkən azyaşlı olduğundan istintaq orqanları işin təfərrüatlarını açıqlamayıb.

Saxlanılan qadını Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə 4 ilədək həbs cəzası gözləyir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?