Böyük Britaniyanın Baş naziri Endi Börnhəm ölkəsinin uzun müddətdir yanlış istiqamətdə irəlilədiyini bildirib.
Modern.az xəbər verir ki, o, Leyboristlər Partiyasının qurultayındakı çıxışında sənayesizləşmə, dövlət tənzimləməsinin azaldılması, özəlləşdirmə, sərt qənaət siyasəti və “Brexit”in nəticələrini tənqid edib.
“Ölkə cəmiyyətin deyil, dar qrupların maraqları naminə idarə olunur. Hakimiyyət çox az adamın əlində cəmləşib, bir çox region isə öz taleyinə buraxılıb”, – deyə Baş nazir bildirib.
Börnhəm son 40 ilin siyasi kursundan imtina edərək Britaniya üçün yeni iqtisadiyyat və yeni siyasət qurmaq niyyətində olduğunu vurğulayıb.