Modern.az

Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik - Pezeşkian

Zorakılığa və ədalətsizliyə boyun əyməyəcəyik - Pezeşkian

Aktual

Bu gün, 12:56

İran Prezidenti Məsud Pezeşkian ölkənin gücünün və ləyaqətinin elmi tərəqqidən asılı olduğunu bildirib.

Modern.az IRNA-ya istinadən xəbər verir ki, Pezeşkian bunu Kərəcdə 2026–2027-ci kənd təsərrüfatı ilinin başlanmasına həsr olunmuş mərasimdə deyib.

“Zorakılığa və ədalətsizliyə boyun əyməyi qəbul etməyəcəyik. Lakin elm və bilik olmadan güc və ləyaqət qazanmaq mümkün deyil. Bilikdən məhrum olduğumuz halda böyük bəyanatlar səsləndirə bilmərik”, – İran prezidenti vurğulayıb.

Pezeşkian bildirib ki, hökumət daxili imkanlara və idarəçilərinə güvənərək maneələri aşmağa çalışıb.

“Qarşımıza maneələr çıxardılar, amma biz möhkəm dayandıq və irəliləmək üçün yol açıldı”, – o qeyd edib.

Prezidentin sözlərinə görə, ortaq məqsəd və qətiyyət, həmçinin məhsuldarlığın artırılması sanksiyaların yaratdığı çətinlikləri aşmağa kömək edə bilər.

Pezeşkian su və torpaq ehtiyatlarından daha səmərəli istifadə edilməsinin, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqinin vacibliyini vurğulayıb. O, rəhbər şəxsləri alim və mütəxəssislərin biliklərindən, eləcə də uğurlu beynəlxalq təcrübədən yararlanmağa çağırıb.

İran prezidenti qərarların elmi sübutlara, məntiqə və əsaslandırılmış arqumentlərə söykənməli olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər