ABŞ-ın “Bloomberg” agentliyi dünya bazarlarında enerji daşıyıclarının qiymətlərinin ucuzlaşdığı məqamda devalvasiyaya uğrama riski yüksək olan valyutaların “10”luğunu hazırlayıb.
Modern.az adıçəkilən agentliyə istinadən xəbər verir ki, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar da bəzi ölkə valyutalarının ucuzlaşmasına səbəb ola bilər.
“Rus rublunun dəyərdən düşməsi onunla sıx iqtisadi münasibətlərdə olan ölkələrə ciddi təsir edir. Məsələn, Ermənistan dramı 1 ildə 15% dəyər itirib. Rublun ucuzlaşması davam etdiyi üçün dramın növbəti dəfə devalvasiyaya uğraması ehtimalı çox yüksəkdir”.Qazax tengesinin də dəyər istirməsi “Bloomberg” analitiklərinə görə qonşu Tacikistan və Türkmənistana neqativ təsir göstərəck. Belə ki, türkmən manatının 20%, tacik somonisi 10-20% və qırğız somasının da bir neçə faiz azalması gözlənilir.
Digər tərəfdən, neft qiymətləri Səudiyyə Ərəbistanı rialı və Nigeriya numayrasının da devalvasiyasına yol açacaq.
Misirdə qeyri-sabit siyasi situasiya Misir funtunun, Türkiyədəki gərgin siyasi mühit və erkən seçkilər isə yerli lirənin ucuzlaşmasına səbəb olacaq.
Modern.az “Bloomberg” agentliyinə istinadla 10 devalvasiya təhlükəsi olan valyutaları təqdim edir.
Səudiyyə Ərəbistanı rialı
Türkmənistan manatı
Tacikistan somonisi
Ermənistan dramı
Qırğızıstan somu
Misir funtu
Türkiyə lirəsi
Nigeriya numayrası
Qana sedisi
Zambiya kvaçası
Malaziya ringiti
Vüqar İsmayılov