Modern.az

TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb 

TÜRKPA-nın Baş katibi Devlet Bahçeli ilə görüşüb 

Aktual

Bu gün, 09:17

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli ilə görüşüb.

Modern.az xəbər verir ki, oktyabrın 26-da keçirilən görüşdə türk dövlətləri arasında çoxtərəfli münasibətlərin inkişafı, Azərbaycan-Türkiyə əlaqələri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycanın və Türkiyənin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində, Türk dünyasının birliyinin möhkəmləndirilməsində rolunu vurğulayıblar.

Görüşdə TÜRKPA-nın 15-ci plenar iclasının yekunları, Assambleyanın 2027-ci il üçün fəaliyyət istiqamətləri, parlament diplomatiyası və birgə layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

Devlet Bahçeli Azərbaycana və Türk dünyasına dəstəyini ifadə edərək, Azərbaycan-Türkiyə münasibətlərinin davamlı inkişafının əhəmiyyətini qeyd edib.

Ramil Həsən isə Türk dünyasının birliyinə və Azərbaycan-Türkiyə qardaşlığına verdiyi dəstəyə görə MHP sədrinə təşəkkür edib. O, TÜRKPA-nın parlament diplomatiyası və qanunvericilik sahəsində əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.

Görüşdə TÜRKPA Baş katibinin müavini Muhammet Alper Hayali də iştirak edib.

1558300

1558301

 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə həbslər başladı - Bakıya hücum edənlər cəzalandırılır