Modern.az

Azərbaycana girişi qadağan edilən jurnalist Türkiyədə saxlanıldı

Azərbaycana girişi qadağan edilən jurnalist Türkiyədə saxlanıldı

Aktual

Bu gün, 07:17

Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi və ölkəyə girişinə qadağa qoyduğu türkiyəli jurnalist Məhəmməd Əmin Yıldırım İstanbulda saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə türkiyəli Cəlal Çiftçi “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, “Köklü Değişim Medya”nın İstanbul təmsilçisi Məhəmməd Əmin Yıldırım sosial şəbəkələrdəki paylaşımları əsas gətirilərək İstanbul polisi tərəfindən saxlanılıb.

Çiftçi jurnalistin vəkili vasitəsilə hüquqi prosesin izlənildiyini bildirib.

Bununla yanaşı, türkiyəli Fatih Erşahin də sosial şəbəkə paylaşımlarına görə Ankara polisi tərəfindən ifadə verməyə çağırıldığını açıqlayıb.

“Ankara polisi sosial media paylaşımlarımla əlaqədar ifadəmi almaq üçün məni polis idarəsinə çağırıb”, – deyə o, “X” hesabında yazıb.

Hər iki şəxslə bağlı araşdırmanın detalları və hansı paylaşımların hüquq-mühafizə orqanlarının diqqətini çəkdiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı yönəlmiş açıqlamaları əsas gətirərək 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edib. Onların arasında Məhəmməd Əmin Yıldırım da var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?