Modern.az

Konstitusiyaya qarşı çıxmaq Azərbaycanla sülhə qarşı çıxmaqdır

Konstitusiyaya qarşı çıxmaq Azərbaycanla sülhə qarşı çıxmaqdır

Aktual

Bu gün, 11:06

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbuluna mane olacağı təqdirdə parlament müxalifətinə ictimai təzyiq göstəriləcəyini bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bunu parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, parlament müxalifətinin mövqeyi yeni Konstitusiyanın qəbulu prosesini dayandırarsa, bu, Azərbaycanla yekun sülhə qarşı çıxmaq kimi qiymətləndiriləcək.

“Bu halda müxalifətə qarşı birmənalı şəkildə ictimai təzyiq formalaşacaq. Belə bir ictimai əhvali-ruhiyyə olarsa, hakim çoxluq həmin təzyiqə rəhbərlik etməlidir”, – Paşinyan bildirib.

Sizə yeni x var
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!