Modern.az

İran ABŞ-yə şərtlərini açıqladı

İran ABŞ-yə şərtlərini açıqladı

Dünya

Bu gün, 12:16

İran ABŞ ilə vasitəçilər üzərindən mesaj mübadiləsini davam etdirir.

Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, danışıqlar üçün əsas olaraq Tehranın daha əvvəl təklif etdiyi yeddigünlük plan qalır.

Bəqayi ABŞ-nin dəniz blokadasına son qoyulmadan və İranın tələbləri tam yerinə yetirilmədən razılaşma əldə edilməyəcəyini bildirib.

“Hazırda top ABŞ tərəfindədir. İranın tələbləri tamamilə aydın və əsaslıdır. ABŞ-nin dəniz blokadası dayandırılmayana və İranın qanuni tələbləri tam yerinə yetirilməyənə qədər heç bir razılaşma əldə olunmayacaq, Hörmüz boğazı açılmayacaq və onun təhlükəsizliyi təmin edilməyəcək”, – o deyib.

XİN sözçüsü əlavə edib ki, iqtisadi sanksiyalar ləğv edilmədən və öhdəliklərə əməl olunmadan Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyi birtərəfli qaydada təmin etmək mümkün olmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!