Modern.az

Noyabrda 11 gün iş olmayacaq

Noyabrda 11 gün iş olmayacaq

Ölkə

Bu gün, 11:52

2026-cı ilin noyabrında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11 gün qeyri-iş günü olacaq.

Modern.az xəbər verir ki, istehsalat təqviminə əsasən, noyabrın 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günü ilə əlaqədar iş günü hesab edilmir.

Zəfər Günü bazar gününə təsadüf etdiyindən noyabrın 10-u da istirahət günü olacaq. Beləliklə, noyabrın 7–10-da ardıcıl dörd gün iş olmayacaq.

Şənbə və bazarlar da nəzərə alınmaqla, ayın 1, 7, 8, 9, 10, 14, 15, 21, 22, 28 və 29-u qeyri-iş günləridir.

Noyabrda 19 iş günü olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Dünyanı dəhşətə gətirən XƏBƏRDARLIQ - İran nüvə silahıyla vurulacaq!