Modern.az

KTMT Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını istəyir

KTMT Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasını istəyir

Dünya

Bu gün, 16:23

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edir.

Modern.az xəbər verir ki, bunu KTMT-nin baş katibi Taalaibek Masadıkov Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.

“Ermənistan və Azərbaycan arasında davamlı dialoq toplanmış münaqişə potensialının azaldılmasına və gələcəkdə əməkdaşlıq infrastrukturunun formalaşdırılmasına töhfə verir. İki dövlət arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid edirik”, – deyə Masadıkov vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...