Modern.az

Universitetin professoru koronavirusdan öldü - FOTO

Universitetin professoru koronavirusdan öldü - FOTO

Allah rəhmət eləsi̇n

2 Mart 2022, 15:25

Azərbaycannın Əməkdar elm xadimi koronavirusdan vəfat edib.

 

Bu barədə Modern.az-a Azərbaycan Texniki Universitetindən (AzTU) bildirilib.

 

Məlumata görə, universitetin Mexanika kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi Vaqif Mirsəlimov 81 yaşında koronavirusdan dünyasını dəyişib.

 

Qeyd edək ki, V.Mirsəlimov AzTU-da 1983-cü ildən fəaliyyətə başlayıb. Uzun illər Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb. O, 500-dən çox elmi məqalənin müəllifi, bir sıra xarici nüfuzlu elmi jurnalların redaksiya heyətinin və beynəlxalq elmi konfransların təşkilat komitələrinin üzvü olub. O, nəzəri, tətbiqi və dağılma mexanikası sahəsində elmi məktəb yaradıb, 107 elmlər namizədi və 15 elmlər doktoru yetişdirib. AzTU-nun Ağsaqqallar Şurasının üzvü kimi universitetin ictimai, elmi və pedaqoji həyatında fəal iştirak edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı