Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Modern.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edib.
Tovuz Olimpiya İdman Kompleksindəki qarşılaşma "Turan"ın qələbəsi ilə yekunlaşıb - 3:0.
Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan təmsilçisi CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.