Modern.az

Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik - Ərdoğan

Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik - Ərdoğan

Dünya

Bu gün, 00:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyaya səfərə gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qəbul edib.

Modern.az xəbər verir ki, Türkiyə ilə Türkmənistan arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal proseslər müzakirə edilib.

Prezident Ərdoğan Türkmənistan ilə münasibətlərin səviyyəsini daha da yüksəltmək üçün addımlar atmağa davam edəcəklərini bildirib, xüsusilə enerji, ticarət, müdafiə sənayesi və investisiya sahələrində yeni səylərin əhəmiyyətini vurğulayıb.

Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə gücləndiyini, Türkmənistanın TDT “Ailə məclisinə” üzv olaraq qoşulacağına ümid etdiklərini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması