"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə növbəti oyununu keçirib.
Modern.az xəbər verir ki, bakılılar Türkiyənin "Trabzonspor" kollektivi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında təşkil olunan görüş komandamızın qələbəsi ilə başa çatıb - 91:72.
Xatırladaq ki, Azərbaycan çempionu III turda Fransanın "Nanter 92" komandasını üstələmişdi - 87:80.
Komanda I turda "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə məğlub olub.