Rusiya Odessada yük gəmisinə dronla zərbə endirib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda deyilir: "Rusiya Silahlı Qüvvələri Ukraynadakı enerji infrastrukturu obyektlərinə, logistika mərkəzlərinə və Ukrayna Silahlı Qüvvələri üçün yerləşdirilən dəniz gəmilərinə qarşı dron hücumları davam etdirir. Bu günortadan sonra Qara dənizdə, Odessadan 7 km cənub-qərbdə Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnika daşıyan quru yük gəmisinə zərbələr endirilib".