Modern.az

ABŞ-la danışıqlar aparılmır - Rezai

ABŞ-la danışıqlar aparılmır - Rezai

Dünya

Bu gün, 23:33

İranla ABŞ arasında danışıqlar aparılmır.

Modern.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai bildirib.

"Vurğulayıram ki, hazırda amerikalılarla heç bir danışığımız yoxdur və Tehranla Vaşinqton arasında dialoq getmir", - o bildirib.

Rezai xatırladıb ki, İranın şərtləri Vaşinqtona göndərilib:

"Amerikalılardan şərtlərimizə açıq və aydın cavab vermələrini istəmişik, lakin indiyə qədər belə bir cavab təqdim etməyiblər. Amerikanın cavabı aldadıcıdır.

İranla danışıqların davam etdirilməsi və Qətərdə görüşün keçirilməsi ilə bağlı bütün iddiaları yalandır. Hörmüz boğazı İranın 7 şərti yerinə yetirilənə qədər açılmayacaq".

Bunun davamı olaraq Rezai bildirib ki, onun ABŞ Vitse-prezidenti Cey Di Venslə görüşü planlaşdırılmır. "Mənim Venslə görüşümün planlaşdırılması haqqında yayılan xəbərlər tamamilə yanlış və əsassızdır", - o deyib və əlavə edib ki, ABŞ-nin danışıqların davam etdirilməsi ilə bağlı iddiaları iqtisadi təzyiqləri azaltmaq və neftin qiymətini aşağı salmaq məqsədilə irəli sürülüb.

Xatırladaq ki, ABŞ dövlət katibi Marko Rubio İranın qabartdığı 7 şərti absurd adlandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması