İraq İranın milli futbol komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enməsinə icazə verməyib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qərar İraq Mülki Aviasiya İdarəsi tərəfindən ABŞ-ın İran aviaşirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən qəbul edilib.
Təyyarə geri qayıdaraq İranın Abadan hava limanına enib. İran konsulluğunun nümayəndəsinin sözlərinə görə, komanda bundan sonra Bəsrəyə quru yolu ilə gedəcək.
İran millisi İraq, Livan və Fələstin Muxtariyyətinin komandalarının da iştirak edəcəyi dördtərəfli turnirdə mübarizə aparmalıdır.