Modern.az

BDU-nun məşhur fotoqrafı vəfat etdi - VİDEO

BDU-nun məşhur fotoqrafı vəfat etdi - VİDEO

Allah rəhmət eləsi̇n

7 Aprel 2022, 22:11

Bakı Dövlət Universitetinin (BDU) tanınmış fotoqrafı Salam Muxtarov uzun sürən xəstəlikdən sonra aprelin 7-də vəfat edib.

Modern.az-ın məlumatına görə, bu barədə Universitetin əməkdaşları xəbər veriblər.


O, uzun illər Bakı Dövlət Universitetinin “Bakı Universiteti” qəzetində fotoqraf vəzifəsində çalışıb. Salam Muxtarova 2009-cu ildə BDU-nun 90, 2015-ci ildə 95 illik, 2013-cü ildə isə özünün 60 illik yubileyi münasibətilə təşəkkür elan edilib.


O, 2015-ci ildə kütləvi informasiya vasitələrində BDU-nun həyatının dolğun işıqlandırılmasında səmərəli fəaliyyəti, Universitet və fakültə saytlarının idarə edilməsindəki xüsusi xidmətləri, Mətbuat və informasiya şöbəsinin 15 illiyi münasibətilə Fəxri fərmanla təltif edilib.
 

2020-ci ildən əmək fəaliyyətini fotoqraf kimi BDU-nun Jurnalistika fakültəsinin Tədris tele-radio studiyasında davam etdirib.


Mərhum uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, Salam Muxtarov keçmiş teleaparıcı - hazırda BAMF-da sədr müavini kimi çalışan Günel Gözəlovanın atasıdır.

Allah rəhmət eləsin.
 

 

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı