Modern.az

Türkiyə ordusunun hərbçisi şəhid oldu

Türkiyə ordusunun hərbçisi şəhid oldu

Allah rəhmət eləsi̇n

15 Dekabr 2022, 15:46

Türkiyə ordusunun hərbi qulluqçusu Tunahan Yavuz şəhid olub.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatının keçirildiyi bölgədə PKK terror təşkilatının əvvəlcədən ərazidə quraşdırdığı qusdar üsulla hazırlanmış partlayıcının işə düşməsi nəticəsində komando qüvvələrinin piyada hərbçisi Tunahan Yavuz ağır xəsarət alıb.

 

Gülhane təhsil və araşdırma xəstəxanasına çatdırılan hərbi qulluqçunun həyatını bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.

 

“Həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət, ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə dərin hüznlə başsağlığı veririk”, - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, şəhid olan hərbçi 5 dekabrda yaralanmışdı.

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?