Modern.az

Vergidən yayınmaq üçün 12 il tələbə oldu

Vergidən yayınmaq üçün 12 il tələbə oldu

Dünya

Bu gün, 21:40

Böyük Britaniyanın paytaxtı Londonda yaşayan 40 yaşlı Vişal Kumar Qandi tələbə olmadığı halda 12 il ərzində tələbələr üçün nəzərdə tutulan vergi güzəştlərindən yararlanıb.

Modern.az xarici mediaya istinadla bildirir ki, kişi 2013-cü ilin mayından 2025-ci ilin martınadək saxta tələbə arayışları hazırlayaraq yerli hakimiyyət orqanlarına təqdim edib. Bununla da təxminən 15 min funt sterlinq vergi ödəməkdən yayınıb. O, hətta evini bölüşdüyü şəxsləri də saxta sənədlərlə tələbə kimi göstərib.

Dələduzluq Hillingdon bələdiyyəsinin apardığı yoxlama zamanı üzə çıxıb. Sənədlərin saxta olduğu təsdiqlənəndən sonra Qandi günahını etiraf edib və borcunu qaytarmağa başlayıb.

Məhkəmə onu 24 həftəlik həbs cəzasına məhkum edib, lakin cəzanın icrasını bir il təxirə salıb. Bundan əlavə, o, 140 saat ictimai iş görməli, nəzarətdə saxlanılmalı və 9 min funt sterlinq məhkəmə xərclərini ödəməlidir.

Qandinin vergi borcu isə qüvvədə qalır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı