Modern.az

Prezidentdən kəşfiyyat rəhbərliyinə qeyri-adi namizəd - İlk olacaq

Prezidentdən kəşfiyyat rəhbərliyinə qeyri-adi namizəd - İlk olacaq

Dünya

Bu gün, 20:52

Cənubi Koreya Prezidenti Li Ce Myon noyabrın 23-də 69 yaşlı Kan Kum Silin Milli Kəşfiyyat Xidmətinin (NIS) direktoru vəzifəsinə namizədliyini irəli sürüb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, namizədliyi təsdiqlənərsə, o, 1961-ci ildə yaradılan qurumun tarixində ilk qadın direktor olacaq. Bu barədə prezident administrasiyasının rəhbəri Lim Kvan Hen mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kan Kum Silin hüquq və beynəlxalq əməkdaşlıq sahəsindəki təcrübəsi kəşfiyyat xidmətinin fəaliyyətinə demokratik nəzarəti gücləndirməyə, eləcə də kibertəhdidlərə qarşı mübarizəni effektivləşdirməyə imkan verəcək.

Seul Milli Universitetinin hüquq fakültəsinin məzunu olan Kan Kum Sil 2003-cü ildə ədliyyə naziri təyin edilərək bu vəzifəni tutan ilk qadın olub. O, daha əvvəl vəkil və hakim kimi çalışıb, 2006-cı ildə Seul meri vəzifəsinə namizədliyini irəli sürüb.

2026-cı ilin yanvarında isə qlobal iqlim və ətraf mühit məsələləri üzrə səfir təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı