Modern.az

Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi - FOTO

Yevlaxda məscid tikdirən türkiyəli deputat vəfat etdi - FOTO

Allah rəhmət eləsi̇n

9 Fevral 2023, 15:35

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Adnan Türkoğlu vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı tviter səhifəsində başsağlığı verib.

 

"19-cu çağırış Çorum millət vəkilimiz Adnan Türkoğlu qardaşın vəfatını təəsüflə öyrəndim. Ürəyi məmləkətlə və Türk dünyası ilə döyünən siyasətdə örnək bir insan idi. Xidmət üçün təyin olunanda 1993-cü ildə Azərbaycanın Yevlax rayonunda bir məscid inşa etdirdiklərini demiş, baş çəkməyimi tövsiyə etmişdi. Allah rəhmət eləsin", - deyə səfir yazıb.

 

Qeyd edək ki, 1950-ci ildə anadan olan eks-parlamentari 73 yaşında infarktdan dünyasını dəyişib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı