Modern.az

Salyandakı ailə faciəsi ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

Salyandakı ailə faciəsi ilə bağlı cinayət işi başlandı - YENİLƏNİB

Hadisə

Bu gün, 16:42

Salyan rayonunda bir nəfərin ölümü, daha iki nəfərin xəsarət alması ilə nəticələnən hadisə baş verib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Modern.az xəbər verir ki, oktyabrın 27-də Salyan rayonunun Sarvan kənd sakini, 1971-ci il təvəllüdlü Çiçək İsmayılovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalar zamanı 1998-ci il təvəllüdlü Pərvin İsmayılovun ailə üzvləri – 1966-cı il təvəllüdlü Ağababa İsmayılova, 1989-cu il təvəllüdlü Təranə İsmayılovaya və Çiçək İsmayılovaya bıçaqla xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Çiçək İsmayılova aldığı xəsarətlər nəticəsində həyatını itirib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Pərvin İsmayılov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

14:32

Salyan rayonunda bir ailənin üç üzvü bıçaqlanıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Sarvan kəndində qeydə alınıb.

Belə ki, ailənin oğlu ana-atasını və arvadını bıçaqlamaqda şübhəli bilinir.

Nəticədə, ana aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.

Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...