7 Oktyabr 2016, 11:46 | Ana Səhifə - Yazılar - Dolu başın bəlası...
Dolu başın bəlası...

Vəfa Allahverdiyeva

 

Cəmiyyətdə çox az-az isimlər  var ki, ürəklərindən keçib zehni ilə qovuşan və yaxud əks trayektoriyadan birləşən bəlağətli kəlmələrini,  şüura dinclik və güc gətirən sanballı cümlələrini oxumaq insana  əvəzolunmaz intellektual  zövq verir.

İctimai-siyasi həyatın bu maraqlı personaları şəxslərinə, düçüncələrinə yönəlik  cazibəni tarixi proseslərdə üzərlərinə düşən əski rolla bərabər yaradıcı zəkanın mükəmməlliyi ilə qazanırlar.

Yazının müəllifi üçün onlardan biri keçmiş millət vəkili Sabir Rüstəmxanlı, digəri hazırkı millət vəkili Fazil Mustafadır.

Birinci, qalmaqal yaratmır və mübahisəli durumlara girmir, demək olar ki. Düşüncələrinə görə qəbul edə bilmədiyi isim də bizim ikinci dediyimiz soyaddır.

İkinci isə daim ziddiyyətli baxışlarda var, hər zaman ittiham, savaş mərkəzində dayanır- əsaslı, əsassız.

Və maraqlı burasıdır ki, sosial şəbəkələrin, mətbuatın gündəmi Fazil Mustafa ilə bağlı mövzunu başqa mövzulara təhvil vermir. Dönüb qayıdıb Gülənçilik, anti-Babək, anti-Şah İsmayil məsələləri üzərindən gah Türkiyəyə buraxılmamaq, gah min cür fantaziyalardan yoğrulan başqa ilginc xəbərlər, söyüşlər  tarixi qurdalamağın kimisə çərlədəcəyi qorxusunu hiss etdirir.    

Bu vəziyyəti yaradan sanki parlamentar statusda deyil, məhkəmə müstəvisində fəaliyyət yürüdür. Keçmişdəki “cinayətləri”n, yanlışlıqların “istintaq”ına meyllənir, günahkar axtarır, səhvlər üzərindən başqalarında haqlı-haqsız emosiya və qıcıq doğuran  ittihamlar irəli sürür. Bəs etmir, hər acıqlı reaksiyaya acıqlı cavab verir.

Feysbuk səhifəsini bağlaya biləcəyi halda, bağlamır, sanki tarixin yatdığı qəbri açmaq, onun üzərində siyasi test keçirmək vicdan qarşısında öhdəlikdir və bu, gecə-gündüz millətə kütləvi tribunadan izah olunmalıdır.    
 

Fazil Mustafa Türkiyədən Bakıya dönüb, çaşqın vəziyyətdə, həm bəlli liderinin, həm də  liderlik ambisiyası ilə alışıb-yanan “Yurd” memarı, daşürəkli, bədxah  dostunun yanında yer alarkən, siyasi dəhlizlərdə onun haqqında, hətta bugunə daşınan yalnızca bir ifadə var idi: həddən ziyadə  savadlı oğlandır.

O zaman birinin xəzinəsi ətrafına müxtəlif üsullarla topladığı insanlardan ibarət  idisə, hələ ətrafı olmayan onun uçünsə dolu başı fərqli bir xəzinə, fərqli bir üstünlük idi.

Dolu baş onu istənilən adamla döyüşməkdə, mövqeyini təqdim etməkdə, planlarını real rels üzərinə qoymaqda başarılı çıxarırdı.

Əslində parlament  tribunasına gedib-çıxmaq başa qaxınc olan satılmaq, alternativ cinaha işləmək səbəblərini daşımırdı. Zehni dərinlik, mütaliə düşkünlüyü, bütün məsələlərə çevik mövqe hazırlığı yuxarı çevrələri bu savaddan qorxmaq deyil, yararlanmaq mənasında keçmiş müxalifətçini öz ünvanından başqa bir ünvana tərpətmək qərarına gətirdi.

Subyektiv fikrimiz sabit  olaraq qalır: Milli Məclisə necə seçilməyindən asılı olmayaraq, parlament və cəmiyyət  bu isimlə itirmədi ki, qazandı, itirmir ki, qazanır. Baxmayaraq ki, ortada alimləri yaralayan acı kəlmələr, onları aşağılayan amansız tənqid var.

Çünki millət vəkilinin hüquqşünasdan çox, tarixçi kimi danışması və zehnindəki yeni tapıntıları ictimai rəylə bölüşməsi  özü-özlüyündə  maraqlı hadisədir. Amma müxtəlif fikirlər toqquşanda, bu düşüncə ixtilafı epopeyaya çevriləndə, sonucda leksikona qeyri-tərbiyəvi ifadələr gətirəndə, artıq xarakteri cizgiləndirən, ictimai-siyasi kimliyi təhlil edən pozitiv düşüncələrin yerini Fazil Mustafaya yaraşmayan yeni mövqelər  almağa başlayır. Dolu baş onun bəlasına çevrilir.   
     

Birincisi, hamıya məxsus demokratiya qarşılıqlı dözümlülük tələb edir. Silahı birinci işə salan kimdirsə, adekvat cavaba dözümlülük də məntiqlə ona düşərdi.

Tarixin dərin qatlarını bəyənməyib ardıcıl tənqidi vərdişə çevirən Fazil Mustafa elitar, yaxud, qeyri-elitar, savadlı, yaxud da yarı savadlı insanların tənqidinə hazır ola bilmir;  tarixi dəlillərə alternativ , nurçuların təhsil siyasətinə tərif verərkən, alternativ sual- cavablara əsəbləri tab gətirmir. Halbuki feysbukdakı, ciddi və mədəni müstəvidəki insanların ona qınaqlı tərzdə yanaşmasını birinci anlayan Fazil Mustafa özü olmalıdır.

Nurçuluğun de-şifrə olunması Azərbaycan miqyasına dünya miqyasından yoluxub və onun nursuzluq kəlməsi ilə sərlövhələnən uğurlu yazısının mənasındakı yalanları açıb ortaya töküb.  Bu situasiyada  Fazil Mustafa qələminin məharətindən Gülənlə bağlı yaxşı bir peşmançılıq, ictimai aldanma məqaləsi gözlənilirkən, bic doğulanlar...kimi ifadələr  başı dopdolu insana yaraşmır və savadlı olmaq, N sayda kitab oxumaq   auditoriyanın virtual- vizuallığından asılı olmayaraq, üzərinə uca səslə getməyə haqq vermir. İndiki halda Fazil Mustafa üçün üzərinə uca səslə gedilməli hədəf Fətullah Güləndir. Həm də belə bir yazını ondan yaxşı heç bir qələm adamı yaza bilməz...

Keçmişi öz dərinliyindən üzə çıxarıb lobaratoriya müstəvisinə gətirmək Sərdar Cəlaloğlu üslubundan Fazil Mustafa üslubuna keçid almaqla, faciə yaratmır. Faciə ondadır ki, cəmiyyətdə əksər insanların mövqeyində qaçılmaz bir ikilik var və heç kəs onun hamının əlində arxivləşən mövqeyinin sonrakı düşüncəsinə, addımlarına zidd olan məqamlarının açılıb ortaya qoyulacağından ehtiyat etmir.

Fazil Mustafanın İstanbulda çap olunan “Tarixdən gələcəyə” kitabında bugünün müqayisəsi ilə bağlı yaranan xeyli suallar  var və gələcək bu suallara cavabında müəllifin üzərinə bir yığın ittihamlar  yıxa bilər.

Saxta titul, yalançı ad təkcə tarixçinin olmur, hər kəsin zirvəsində bir damla haram tapmaq mütləq mümkündür.   
   

Dava ilə fikir tərəfdarlarını genişləndirməksə mümkünsüzdür. Pafoslu davalara girmək, hər sözə, mövqeyə bənd olmaq  böyük və ağıllı adamları kiçildir, onlara ciddi ziyan gətirir. 

Bu fikir davasında Fazil Mustafa hələlik tənhadır. Məhz bu tənhalıq onu layiq olmadığı mədəni söyüşün, özü qazandığı antipatiyanın və  hirs-hikkənin mərkəzində saxlamaqda davam edir...

MÜƏLLİFİN DİGƏR YAZILARI
Türkiyədə iki terrorçu məhv edildi 21 İyun 2021, 20:06 Polis əməkdaşı xidməti silahla özünü güllələdi 21 İyun 2021, 19:57 Şuşa Bəyannaməsi tarixi əhəmiyyətli sənəddir 21 İyun 2021, 19:40 ÜGT Siyasi Komissiyasının sessiyası keçirilir - FOTO 21 İyun 2021, 19:33 Peyvənd-Sağlamlığımız öz əlimizdədir 21 İyun 2021, 19:25 Deputat AŞPA-nın iclasında azad olunmuş ərazilərin vəziyyətindən DANIŞDI 21 İyun 2021, 19:17 “Şuşa Bəyannaməsi” Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açır 21 İyun 2021, 19:08 Əli Əsədov Qazaxıstan baş nazirinin müavini ilə görüşüb 21 İyun 2021, 19:00 Şəkidə biçilməmiş taxıl sahəsi yanıb 21 İyun 2021, 18:53 Şəhid ailəsi və qazinin evinə qaz verildi 21 İyun 2021, 18:49 MEDİA-nın Aljazeera Media İnstitutu ilə əməkdaşlığı müzakirə olundu - FOTO 21 İyun 2021, 18:39 Azərbaycan və Pakistan birgə təlimlər keçirəcək - FOTO 21 İyun 2021, 18:21 Deputat səfirlə Azərbaycan-Misir münasibətlərini müzakirə etdi 21 İyun 2021, 18:07 YAP hesabat konfranslarına start verdi 21 İyun 2021, 18:02 Füzulidə 3 hərbçinin qalıqları aşkar olundu 21 İyun 2021, 17:58 Bahar Muradovadan Paşinyanın qələbəsinə REAKSİYA 21 İyun 2021, 17:57 Avropa İttifaqından Paşinyana TƏBRİK 21 İyun 2021, 17:52 Son sutkada 215 nəfərə vaksin vurulub 21 İyun 2021, 17:47 Yoluxma minimuma düşdü - 1 nəfər öldü 21 İyun 2021, 17:41 Azərbaycanlı deputat AŞPA-da Ermənistana təzyiq göstərməyə ÇAĞIRDI 21 İyun 2021, 17:37 Türkiyəli deputat Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:36 Daha Azərbaycan-Türkiyə qardaşlığının qarşısını heç bir qüvvə ala bilməz - Deputat 21 İyun 2021, 17:28 Baş nazir “Azərbaycan dilinin orfoepiya normaları”nı təsdiqlədi 21 İyun 2021, 17:16 BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib 21 İyun 2021, 17:13 Gürcüstan baş naziri Nikol Paşinyanı təbrik etdi 21 İyun 2021, 17:04 Ölkədə anomal istilər gözlənilir - XƏBƏRDARLIQ 21 İyun 2021, 16:58 Azərbaycanlı həkim:Danimarkalı futbolçunun ürəktutmasına COVID-19 səbəb olub” 21 İyun 2021, 16:56 Rusiya erməniləri seçkilərin nəticəsini qəbul etmədi 21 İyun 2021, 16:55 Paşinyanın qələbəsi: nələr gözlənilir? - TƏHLİL 21 İyun 2021, 16:46 Azərbaycan vətəndaşlığına qəbul edilənlər and içdilər - FOTOLAR 21 İyun 2021, 16:42 Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən DANIŞDI 21 İyun 2021, 16:34 Azərbaycana gələn əcnəbidə COVID-19 AŞKARLANDI 21 İyun 2021, 16:25 Canavar çox ziyankar və qorxaq heyvandır 21 İyun 2021, 16:23 Azərbaycanda yeni nəsil texnologiyalarla bağlı araşdırma mərkəzi yaradıldı 21 İyun 2021, 16:15 Vasif Əliyev: “İkirəqəmli yoluxmalar 2-3 ay da davam edərsə...” 21 İyun 2021, 16:07
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?