Anım Gününə həsr olunmuş “Bir damla qan, min ümidə can” devizi ilə könüllü qanvermə aksiyası keçiriləcək.
Modern.az xəbər verir ki, aksiya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, “Marsol Group”, “Quba İş Adamlarına Dəstək – QİAD Platforması”, “Məlhəm Beynəlxalq Hospital”, Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Respublika Qan Bankının tərəfdaşlığı ilə baş tutacaq.
Aksiyaya sahibkarlar, şirkət əməkdaşları və bütün vətəndaşlar könüllü şəkildə qoşula bilərlər.
Qanvermə aksiyası aşağıdakı tarix və ünvanlarda keçiriləcək:
23 sentyabr – Lənkəran-Astara regionu
Respublika Qan Bankı PHŞ-nin Lənkəran bölməsi
24 sentyabr – Quba-Xaçmaz regionu
Respublika Qan Bankı PHŞ-nin Quba bölməsi
24 sentyabr – Şəki-Zaqatala regionu
Respublika Qan Bankı PHŞ-nin Şəki bölməsi
25 sentyabr – Bakı şəhəri
Bakı KOB Evi
Respublika Qan Bankı
“Məlhəm Beynəlxalq Hospital”
Qeyd edək ki, ötən il keçirilən qanvermə aksiyasında 800-ə yaxın şəxs qan verərək təşəbbüsə dəstək olub.
Bu il isə aksiyanın daha geniş əhatə dairəsində keçirilməsi və daha çox insanın həyatına ümid olması hədəflənir.
Təşkilatçılar hər kəsi xeyirxah təşəbbüsə qoşulmağa çağırır.
“Bir damla qan, min ümidə can!”