Modern.az

Səhiyyə Nazirliyi deputatın ittihamına cavab verdi

Səhiyyə Nazirliyi deputatın ittihamına cavab verdi

Ölkə

Bu gün, 14:29

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə nazirinin bölgələrdə keçirdiyi vətəndaş qəbullarının təşkilindən narazılıq etməsi qarşı tərəfin reaksiyasına səbəb olub.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən açıqlamada deputatın səsləndirdiyi fikirlərə aydınlıq gətirilib.

Bildirilib ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirilir. Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.

“Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, - deyə Nazirlikdən bildirilib.

Qeyd edilib ki, rayon və şəhərlərdə səhiyyə sahəsi ilə bağlı vətəndaş qəbullarının keçirilməsi Səhiyyə Nazirliyinin deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, deputat səhiyyə nazirinin rayonlarda keçirdiyi vətəndaş qəbulu zamanı təhlükəsizlik və təşkilati məhdudiyyətlər səbəbindən real şikayəti olan vətəndaşlar nazirə yaxınlaşa bilmirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı