Modern.az

Türkiyə üç dənizdə genişmiqyaslı hərbi təlimlərə başladı

Türkiyə üç dənizdə genişmiqyaslı hərbi təlimlərə başladı

Aktual

Bu gün, 13:39

Türkiyə Hərbi Dəniz Qüvvələri eyni vaxtda üç dənizi əhatə edən nəhəng manevrlərə start verib.

Modern.az xəbər verir ki, "Denizkurdu-I/2026" adı verilən təlimlər Qara, Egey və Şərqi Aralıq dənizlərində eyni vaxtda keçirilir.

Məlumata görə, sentyabrın 25-dək davam edəcək hərbi manevrlərə 14 minə yaxın şəxsi heyət, 100 gəmi və 50 aviasiya vasitəsi cəlb olunub. Təlimlər çərçivəsində hərbçilər yüksək əməliyyat hazırlığı ssenarilərini sınaqdan keçirir, həmçinin real döyüş atışları icra edirlər.

Sentyabrın 24-də isə Şərqi Aralıq dənizində, Türkiyə HDQ-nin flaqman gəmisi olan "TCG Anadolu"nun göyərtəsində "Fəxri Müşahidəçilər Günü"nün keçirilməsi planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı