6 Yanvar 2017, 16:24 | Ana Səhifə - Yazılar - Psixoloji sarsıntılar nəsri
Psixoloji sarsıntılar nəsri

VAQİF  YUSİFLİ,
filologiya elmləri doktoru, tənqidçi

 
Kitabın adı “Qadınlar və kişilər”, müəllifi Mənzərə Sadıqovadır. Adından göründüyü kimi, bu kitabdakı doqquz hekayə və bir povest həyat cütlüyü – kişi və qadın münasibətlərindən söz açır.


 Kişilər və qadınlar arasında münasibət – qarşılıqlı, ya bunun əksi əsrlər boyu ədəbiyyatımızın əsas mövzularından biri olub. Bu münasibət ya saf və səmimi eşq üzərində qurulub, ya da ayrılıq və bir-birini itirmək, bu itkinin pərişanlığı, hətta ölümlə başa gəlməsi ilə bitib. Mənzərə xanımın yazılarında da bu ənənəvi mövzularla qarşılaşırıq. Amma onun yazılarında nə Leyli-Məcnun, nə Əsli-Kərəm nakam məhəbbəti, nə də nağıllardakı vüsala yetən qəhrəmanların toy səhnələri təkrar olunur. Mənzərə xanım XXI əsrin reallıqlarını – kişi-qadın münasibətlərini təsvir edir. Bu münasibətlər isə son dərəcə mürəkkəbdir, mürəkkəb olduğu qədər də başaçılmazdır, təzadlıdır. Bunları bədii sözün işığına gətirmək isə yazıçıdan insan psixologiyasına dərindən nüfuz etməyi, isti, ilıq, xoş münasibətləri də, ailə həyatında baş verən neqativ halları da, sevgi xəttindəki üzüntüləri də əks etdirməyi və diqqətli olmağı tələb edir.

 
Kitabdakı birinci hekayə “Eşq” adlanır. Bu sözü dilimə gətirəndə dahi Füzulinin misralarını xatırlayıram:

 

Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam,
Meydə təşviri-hərarət, neydə əsiri səda.


Füzuli bu beytdə eşqin aliliyini, müqəddəsliyini, kainatdakı hər bir nəsnədə eşqin var olduğunu nəzərə çarpdırır.

 
Böyük vəzifə sahibi Nadir və cavan bir qız – Nilufər bir-birinə aşiq olmuşlar. Hekayənin əvvəli bizdə belə bir təəssürat yaradır ki, Nadirin bu cavan qıza münasibəti həqiqi eşq mərtəbəsindədir. Xəzər “ləngər vuran dalğalarıyla qıza hücum edir, qəfil həmləylə onu ağuşuna alır, sarıb-sarmalayır, sonra da istədiyi kimi öpüb sığallayırdı. Dənizin ləpə dodaqları qızın sinəsini yaladıqca Nadir dəli olurdu. Qəlbini qısqanclıq bürüyür, beyni dumanlanırdı: “Buna bax, zərrəbəzərrə qovuşur mənim gözəlimə.” Təbii hisslərdir, hər bir kişinin ən aciz silahı qısqanclıqdır. Bəs qızın qəlbindən nələr keçir? “Qızın ürəyi çırpındı. Bədənindən isti cərəyan keçdi. Damarlarında qanı qaynadı. Nadirin məhəbbət dolu baxışlarından saçılan enerji  uzaqdan da ona güc verirdi.”


 İndi gəlin bu eşq cütlüyünün həyat tarixçəsinə nəzər yetirək. Görək onları insan hisslərinin ən ali mərtəbəsinə gətirib çıxaran nədir? Nadir kimdir? Oxuyuruq: “Həyatından çox qadınlar keçmişdi. Zərif gözəllərdən kamını almışdı. Amma gözəllikdən doyulmaz ki. Nadir o kişilərdən idi ki, ailəsinə sədaqətini qorumağı da, nəfsinə korluq verməməyi də bacarmışdı.” Bir sözlə, müasir Don-Juan. Hətta İsfahan lotusu Şeyx Nəsrullah.


Bəs Nilufər? Məlum olur ki, onun ilk məhəbbəti süquta uğrayıb, sevgilisi ona dönük çıxıb. “Gənc qız sönmüş ocaq kimi tüstülənirdi. Heç kimə qaynayıb-qarışmırdı. Dünyadan küsmüşdü.  “Bir daha kimsəyə inana bilmərəm”,- deyirdi ki… Nadirə rast gəldi. İnandı və sevdi. O gün Nilufərin həyatının dönüş nöqtəsi oldu: mənəvi ölümdən diriliyə doğru. Bu sevgi onu göylərə pərvazlandırdı.”

 
Çox gözəl! Ürəyimizdə bu “eşqə” inanmaq iqtidarındayıq. Nadirin ailə həyatındakı dayanıqsızlığı, həyat yoldaşı Elnarə ilə sevgisiz yaşamağı… Bütün bunlar həyatından çox qadınlar keçən Nadiri yeni “eşq” oyununa sövq edir. Amma… bu “eşq”in sonu fiziki faciə ilə başa çatır: “Üç maşın qarın-qarına girmişdi. Fil dişi rəngində “Lexus” ikitərəfli əzilmişdi. Kiminsə salamat çıxacağı möcüzəydi.”

 
Hekayə iki “sevgilinin” ölümüylə bitir. Hərçənd müəllif müdaxiləsi görünmür. Pozitiv müdaxilə lazım deyilmiş. Və qeyd edək ki, Mənzərə xanımın digər yazılarında da belə bir müdaxiləyə ehtiyac duyulmur. Təsvirlərdəki reallıq oxucunu özü nəticə çıxarmağa sövq edir. 

 
Keçək ikinci hekayəyə – “Ehtiraslar labirintdə”. Bu hekayənin süjeti kişi xəyanəti üstündə qurulub. Aslan səfər adıyla evdən çıxıb, arvadı Bənövşə intizarla onun yolunu gözləyir. Ezamiyyətə maşınla getdiyindən qarajı da bağlayıb, açarı özüylə aparıb. Bir neçə gündür ki, Bozdar it pəncəsiylə qarajın qapısını cırmaqlayır. Bu, Bənövşəni və qonşuları narahat edir. Nəhayət, polislərin köməyilə qarajın qapısını sındırırlar. “Hövlnak özünü qaraja atan  Bənövşəni ömrü boyu unuda bilməyəcəyi dəhşətli mənzərə gözləyirdi: maşının içində qaralmış lüt kişi silueti sezilirdi. Boynunun ardında quyruq kimi bağladığı uzun sarışın saçlarından Aslana oxşayırdı.” Bəli, bu, doğrudan da Aslan idi.


Eksperiza məlum edir ki, bu hadisədə qəsd əlaməti yoxdur. Ölənlər (Aslan qaraja bir qadınla giribmiş) intim münasibətdə olarkən  qazdan boğulublar. Beləliklə, Aslanın hekayəti bitir. Amma Bənövşənin hekayəti bitmir. Qayınanası və baldızı Aslanın ölümündə onu təqsirli bilirlər. Ər xəyanətindən sonra ailə münaqişəsi başlanır və evi onun əlindən alırlar. Nəhayət, Bənövşə yeganə övladıyla Kiyevə köçür. “Yeddi il ərdə olmuşam, bəsimdi. Həyat bir dəfə qurular. Bir daha özümü sınaq meydançasına çevirə bilmərəm”,- desə də, qadın ehtiraslarının labirintindən çıxa bilmir, ömrü boyu sevilmək həsrəti onu labirintə yuvarladır.

 
Əlbəttə, bu hekayədə psixoloji məqamlar da diqqəti cəlb edir və əgər bu məqamlar olmasaydı, qadını əri öləndən sonra həmin hərəkətə sövq edən səbəb də açıqlanmazdı.

 
“Karusel” hekayəsində də yeni bir Don-Juanla tanış oluruq. Yenə kişi xəyanəti, kişi ehtiraslarının azğınlıq həddinə çatması. Bu dəfəki “qəhrəman” Teymur Rəcəblidir. On beş illik həyat yoldaşına xəyanət edən bu kişi öz işçisi olan cavan bir qıza aşiq olur, bir nəfəri pulla tutub bu qızla onun toyunu çaldırır. Sonra isə həmin qızla kəbin kəsdirir. Teymur Rəcəbli bununla doymur, xaricdə bir fransız qadını ilə də evlənir. Bu da hekayənin sonu: “Teymur Rəcəblinin həyatı karuselə dönmüşdü, nəfəsini dərib dövrəsini hər təzələyəndə onu bir ayrı evinə götürürdü. Bir-birinə heç bənzəməyən üç doğma ocaq, bir-birini görməyə gözü olmayan üç istəkli arvad bu kişinin yolunu gözləyirdi.”

 

Açığını deyim ki, bu hekayənin ideyası, müəllifin məramı, demək istədiyi mətləb bizə o qədər də bəlli olmadı. Həyatda, yaşadığımız mühitdə belə şorgöz və nacins kişilər var. Onları bədii ədəbiyyatın tənqid hədəfinə çevirmək lazımdır. Biz isə sadəcə olaraq bu kişinin arvadbazlığını seyr edirik. Doğrudur, müəllif hadisələrə müdaxilə eləmir, lakin belə kişilərin cəzasız qalması bizi məyus edir.

 
Kişi xəyanəti süjeti üstündə qurulan başqa hekayələri izləyək. Fikrimizcə, Mənzərə Sadıqovanın “Üçbucaqda gedişlər” povesti həm kişi, həm də qadın xəyanətinin daha mükəmməl təsviri ilə diqqəti cəlb edir. Nigar-Sevda-Fateh. Birincisi saf, təmiz sevgi ilə yaşayan bir qız. Qəlbinin bütün hissiyyatı ilə Fatehə vurulub. İllər boyu öz ruhuna, sevgi dünyasına münasib olan bir insan axtarıb, nəhayət, Fatehi seçib. Sevda onun bacısıdır, əri Yaşar müharibədə şəhid olub, iki uşağı var, böyük bacısının qayğısını həmişə üzərində hiss edir. Amma bir gün Fatehə vurulur və Fateh də bu hazır sevdaya etiraz eləmir. Beləliklə, iki bacı ilə könül əyləncəsinə qapılan Fateh müdhiş bir rol oynayır. Amma ifşa olunur. Eşq oyununa başları qarışan Fatehlə Sevda Nigarın gəlişini gözləmirdilər. “Sevgiyə elə uymuşdular ki, qapıya salınan açar səsini eşitməmişdilər. Heç içəri girdiyini də duymadılar. Nigar əlindəki dolu torbaları yerə qoyub uşaqları səsləyəndə ayıldılar. Qəfil yaxalandılar…” Təbii ki, bu hadisə – bu xəyanət Nigara ağır zərbəydi. Uzun müddət özünə gələ bilmir. Amma Sevda özünü günahkar hesab eləmir. Hətta həyasızcasına bacısını ittiham edir: “Otuz yeddi yaşındasan, hələ subay gəzirsən. Fateh səni alan olsa, bu neçə ildə alardı da…”

 
Bəs bu üçlüyün taleyi necə olur? Fateh Nigarın ona daha etina etmədiyini hiss edir, Sevda isə ona daha lazım deyil, başqası ilə evlənir. Nigar Tamerə ərə gedir. Sevda isə nə günah etdiyini anlayır. Beləliklə, üçbucaqda gedişlər başa çatır.

 
Biz povestin yalnız məzmununu nəql etdik. Amma əsərdə hər bir obrazın psixoloji sarsıntıları da diqqətdən yayınmır. Müəllif bu obrazların hər birinin keçirdiyi ruhi məqamları incəliklə rəsm edə bilib. Fateh bir insan kimi zəif xarakterə malikdir, əslində, onun içində, daxili dünyasında eşqə yer yoxdur. Sevda da qadın kimi zəif xilqətdir, şəhid ərini daim xatırlasa da, kişi nəfəsinə ehtiyac duyur. Amma sonda dərin peşmançılıq hissi keçirməyi hardasa günahını yuyur.

 
Mənzərə xanımın “Sıfır nöqtəsində” adlı bir hekayəsi də var və bizim fikrimizcə, bu hekayə həm məzmun, həm də bədii baxımdan onun ən uğurlu hekayəsidir. Bu hekayədə xəyanətdən söhbət getmir. Öz həyatını bilə-bilə puç edən ziyalı bir insanın faciəsindən söz açılır. Həyat artıq onun üçün soyuq və boş evindən başqa bir şey deyil. O, yenidən əsl həyat yaşamaq istəyir, amma keçmiş arvadı ondan əl çəkmir, nə qazanırsa tutub əlindən alır. Amma evlənmək istədiyi qızı düşünəndə bu obrazın gələcəyə inamı artır, özünü kişi, insan, ziyalı kimi hiss edir.


Hekayənin sonu kişinin sıfır nöqtəsindən qalxacağı ümidi ilə başa çatır. Həyatda mənəvi müvazinətini itirən belə zavallı insanlar az deyil. Mənzərə xanım təsvir etdiyi obrazı mükəmməl, bitkin bir obraz kimi təqdim edə bilib.

 
Mənzərə Sadıqovanın real həyatdan götürdüyü bu obrazlar bizə tanış gəlir. Onların düşdüyü vəziyyətlər də uydurma deyil. Ancaq Mənzərə xanımın bu kitabdakı əsərlərdə təsvir etdiyi həyat, o həyatın acısını və ya sevincini dadan insanlar, onların başına gələn əhvalatlar qapalı bir dairəni xatırladır. Bu dairədən sıyrılmaq, kənara çıxmaq, daha geniş, daha işıqlı aləmə can atmaq, qovuşmaq zəruriyyəti duymurmu?


 Bunu gələcək yazılarında görə bilərikmi? Yəqin ki, görəcəyik.

Yaşasaydı bu gün 23 yaşı olacaqdı - UNEC-in şəhid MƏZUNU 15 İyun 2021, 17:07 Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi İMZALANDI 15 İyun 2021, 17:02 “Ermənilər binalarımızı dağıtdılar ki, biz qayıdanda buraları tanımayaq” - VİDEO 15 İyun 2021, 16:56 Ermənistanın xarici borcu rekord həddə ÇATDI 15 İyun 2021, 16:50 Hərbçilər Milli Qurtuluş gününü qeyd ediblər 15 İyun 2021, 16:47 Gürcüstanda azərbaycanlı kişi həyat yoldaşını qətlə yetirib 15 İyun 2021, 16:42 Azərbaycanda peyvənd olunanların sayı 3 milyona çatır 15 İyun 2021, 16:36 Bu günün yoluxma sayı açıqlandı 15 İyun 2021, 16:30 Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam” 15 İyun 2021, 16:24 Şuşada Prezidentlərin təkbətək görüşü olub - FOTO 15 İyun 2021, 16:18 Ərdoğan: “Milli Qurtuluş Günündə Şuşadayıq” 15 İyun 2021, 16:12 Şuşaya gəlmiş türk sərkərdələri - Nuru paşa və Ərdoğan 15 İyun 2021, 16:06 Türkiyədə 35 milyondan çox şəxsə koronavirus vaksini vurulub 15 İyun 2021, 16:00 “Neftçi”nin Çempionlar Liqasındakı ilk oyunu bu tarixdə keçiriləcək 15 İyun 2021, 15:30 İlham Əliyev və Ərdoğan Şuşadadır - VİDEO-YENİLƏNİB 15 İyun 2021, 15:25 Sarkiasyan Paşinyanı TƏHQİR ETDİ: “Əlindən alıb başına çırpmalıyıq!” 15 İyun 2021, 15:20 Boksçularımız Avropa çempionatına yollandı 15 İyun 2021, 15:15 Avro-2020-nin bugünkü oyunlarını göstərəcək telekanallar 15 İyun 2021, 15:10 Bakıda daha bir yol təmir olunur - FOTO 15 İyun 2021, 15:05 Azərbaycan əhalisinin gəlirləri açıqlandı 15 İyun 2021, 15:00 Türkiyəli professor Ərdoğanın Şuşa səfərinin önəmindən DANIŞDI 15 İyun 2021, 14:54 Gürcüstanda Hindistan ştammına 18 nəfər yoluxdu 15 İyun 2021, 14:48 İranda son sutkada COVID-19-dan 134 nəfər öldü 15 İyun 2021, 14:42 Teledərslərin sabaha olan cədvəli 15 İyun 2021, 14:36 UNEC-də Milli Qurtuluş Günü qeyd olunub 15 İyun 2021, 14:30 Putindən 120 min azərbaycanlını sevindərəcək QƏRAR 15 İyun 2021, 14:25 “Bayrağınız hər zaman uca olsun, şanlı vətən Azərbaycan” 15 İyun 2021, 14:20 Şuşa Türkiyə mətbuatının gözü ilə belə təsvir edildi 15 İyun 2021, 14:17 Leyla Əliyevadan Milli Qurtuluş Günü ilə bağlı PAYLAŞIM 15 İyun 2021, 14:12 Xalq artisti Flora Kərimova vəsiyyət etdi 15 İyun 2021, 14:06 Tibb işçiləri COVİD-19-a yoluxma şübhəsi olan xəstədən necə qorunmalıdır? 15 İyun 2021, 14:00 Naftalanda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib 15 İyun 2021, 13:55 Ərdoğanın Bakıda futbol matçını izləməsi də dünyaya ayrıca mesajdır - Deputat 15 İyun 2021, 13:52 Mərhum telejurnalist Çingiz Mustafayevin anım günüdür   15 İyun 2021, 13:46 “Qaytarılan ermənilər terrorçu deyildi” - Polkovnik 15 İyun 2021, 13:43
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?