Modern.az

“Mən olmasaydım, İsraili məhv edərdilər” - Tramp

“Mən olmasaydım, İsraili məhv edərdilər” - Tramp

Dünya

19 İyun 2026, 15:30

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İsraillə hazırkı münasibətləri barədə danışıb.

Modern.az xəbər verir ki, ABŞ-da yerləşən "Axios" xəbər portalına verdiyi müsahibədə Tramp rəsmi Tel-Əviv və İsrailin baş naziri Binyamin Netanyahu ilə münasibətlərini qiymətləndirib.

“Netanyahudan soruşulsaydı, bomba və silahlar da daxil olmaqla hər şeyə sahib olduqlarını söyləyəcəkdi… Amma Donald Tramp olmasaydı, İsraili məhv edərdilər", - Prezident deyib.

Netanyahu ilə münasibətlərinə gəldikdə, Tramp "münasibətlərimiz yaxşıdır, amma onları daha ağlabatan səviyyədə saxlamalıyıq" söyləyib.

İsrailin Livana hücumunun qarşısını ala biləcəyi soruşulduqda, Tramp "bəli, ala bilərəm. İsraildə mənə çox hörmət edirlər və dediklərimi yerinə yetirirlər" deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi