Modern.az

Paşa Qəlbinur : “Ədəbiyyatda yeganə yazaram ki, düşmənim yoxdur”

Paşa Qəlbinur : “Ədəbiyyatda yeganə yazaram ki, düşmənim yoxdur”

8 Sentyabr 2009, 12:30

TANINMIŞ HƏKİM, ŞAİR, İCTİMAI XADİM MODERN.AZ-IN SUALLARINI CAVABLANDIRIR

-Ədəbi mühitdə deyirlər ki, Paşa Qəlbinurun imzası az-az görünür.
-Yox elə deyil. Bədii yaradıcılığım əvvəlki kimi davam edir. Son zamanlar “Azərbaycan” jurnalında silsilə şerlərim dərc olunub. “ 525-ci qəzet”də publisistik yazılarla , müxtəlif səpkili  şerlərlə  çıxış etmişəm. Hazırda esselər yazıram. “Qara su” adlı roman üzərində işləyirəm. Sadəcə son zamanlar televiziya və  radioda az-az çıxış edirəm. Bu da mənim digər işlərlə məşğul olmağımla bağlıdır.Yəqin bunu nəzərdə tutub deyirlər.
- Həkimlik sənətinin ağırlığı ilə roman yazmağın əziyyətini bir araya gətirmək çətin olar ...
 - Əlbəttə roman yazmaq əziyyətli işdir. Digər tərəfdən bu janra müraciət etməzdən əvvəl  yazar ciddi hazırlıq keçməlidir. Oxucunun zövqünü korlamamaq, onun nifrətini qazanmamaq üçün yazardan maraq dairəsində olan mövzular  işləmək tələb olunur.
- Tənqidə münasibətiniz  necədir, çox tənqid olunmusunuz?
- Mən tənqidi yazını tənqid kimi yox, əsər kimi oxuyuram. Bəlkə bu mənim qəbahətimdir, bilmirəm. Bəzən elə məqamlar olur ki, mənə yönələn tənqidlər yaradıcılığımda lazımım olur. Tənqid yazara stimul verir, insanı yeniliyə çağırır, sənətə gözəllik gətirir. Obyektiv, yerində olan tənqidləri nuş edirəm. Mən Azərbaycan ədəbiyyatında yeganə adamam ki, düşmənim yoxdur. Ətrafımda olanların hamısı  dostlardır. Bilirsinizmi, tənqidlə professionallar məşğul olmalıdır. İctimai, bədii, pedaqoji fəaliyyətim vaxt baxımından imkam vermir ki, əsassız tənqidlərə cavab verim. Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm, müxtəlif xarici ölkələrə səfərlərim olur, Azərbaycanla bağlı görüşlər keçirirəm. Ona görə asudə vaxtlarım çox az olur. Bir məsələni də təəssüflə qeyd edim ki, son zamanlar  ədəbi tənqidin çəkisi, keyfiyyəti azalıb.
- Paşa müəllim, maddi vəziyyətiniz necədir, necə dolanırsınız?
-Mən gözümü açandan bu günə qədər ağır zəhmətə qatlaşan adamam. Səhər 6-da yuxudan durub bütün günü çalışıram.  Demək istəyirəm ki,öz zəhmətim hesabına yaşayıram. Heç kimdən maddi asılılığım yoxdur. Həm də aza qane olan adamlardanam. Məsələn mənim bir kitabım hazırdır. Amma gedib qapı-qapı sponsor axtarmıram. Ola bilər ki, kitabım beş ildən sonra nəşr olunsun. Tələsmirəm, gözləyirəm ki, öz işimi özüm həll edim. Heç kimdən asılı olmadan öz hesabıma dolanıram. Geniş xeyriyyəçilik işləri  məşğul olmağa maddi imkanım olmasa da, ehtiyacı olan insanları təmənnasız cərrahiyyə əməliyyatları edirəm.

Cavid Zeynallı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...