Modern.az

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı

İdman

Bu gün, 17:20

"Qarabağ" futbol klubunda U-12 qızlardan ibarət komanda yaradılıb.

Bu barədə "Qarabağ"ın mətbuat xidmətindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, yeni yaradılan komanda artıq məşqlərə başlayıb. UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malik Gülyana Özcanın rəhbərlik edəcəyi kollektiv oktyabr ayından etibarən U-12 Qızlar Liqasında mübarizə aparacaq.

Həmçinin "Qarabağ" Qadın Futbolu Departamentinin rəhbəri vəzifəsinə Vüsal Həsənovun təyin olunduğu açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!