16 mart 2017, 14:32 | Ana Səhifə - Yazılar - Çirkinləşdirilmiş şəfqət
Çirkinləşdirilmiş şəfqət

Vəfa Allahverdiyeva

Bəzən yoxsul və ortabab ailələr inzibatçı dairələrin elə təşəbbüsləri, qərarları arxasınca sürüklənir, onların soyğunçu  ideyalarına şərik, həm də  məcbur edilir ki , fikirləşirsən, görəsən, bunun gerçək, əsl mənbəyi hardan, kimdən gəlir?!

İstəyirsən, əsl mənbəni, niyyəti tanıya, milli valyutanın dəyərsiz kağız parçasına çevrildiyi, bahalıq hökm sürən bu günlərdə yaşam yolları arayan  insanların üzərindən aparılan xeyriyyə, şəfqət  aksiyalarına görə radikal bir sual verəsən ki, məgər sosial kəsim özü alıb-yeyə bilirmi, nankor övladlar ucbatından atılan özgə ata-ananı da, yalnız öz hisslərini düşünən gənc anaların küçəyə tulladığı yad körpələri də, orduda hərbi xidmət keçən əsgərlərin də ehtiyaclarını himayəsinə götürsün-epizodik bir dəstəklə olsa da?!

Mart ayının maddi ağırlığını yetimə, atılmışa bayram sovqatı, əsgərə üzqırxan, diş pastası, corab kampaniyası ilə bir az da kəskinləşdirib, məktəbin üzərinə bu yükü qoyanların ünvanındakı zəncirvarilik ən başdakı halqanın kimliyini qeyri-müəyyən edir və bu səbəbdən suallar havada qalır.

Çünki müəllim göstərişi öz rəhbərindən, məktəb direktoru da təlimatı tabeçi instansiyadan alır; Nazirlik üzərində də bəlkə ayrı bir mötəbər əl hökmlülük daşıyır; Bəlkə də çevrə lap dardır-naməlum.
 

Beləcə qaranlıqdan kimsənin başı görünmür ki, xeyirxahlıq tədbirlərində niyə dövlət büdcəsini talan edənlərə, mövqeyi sayəsində biznes imperiyası quranlara deyil, iki uşağının təhsil xərclərini zorla çatdıran pul sıxıntılı  sosial ailələrə məktəb sferasında məcburi səxavətlilik rolunun verildiyini xəbər alasan. 
  

Yardımlaşmaq, paylaşmaq, kimisə sevindirməyi bacarmaq gözəl əxlaq, gözəl tərbiyə deməkdir.

 

Bunun məktəb müstəvisində nümunəsi gəncliyi yaxşı dəyərlərlə formalaşdıran əxlaqi qəlib yaradır. Lakin xeyirxahlıq aksiyası tam leqal və məqsədyönlü piar xarakterli aparılanda.

Kütləvi könüllü təşəbbüskarlıq pıçıltılı tənqid, təşkilatçıya ünvanlanan bəd dua, aşkaranə etiraz yaratmır. Verdiyin qərara mənən, maddiyən hazırsan, ona görə.

 

Sosial durumu zəif insanların yerinə, başqaları qərar verəndə, ailə büdcəsinə əllər uzananda, adı şəfqət olan missiya ikrah müstəvisinə gəlir, təşkilatçılara bəd dualar yönəlir və dediyimiz “qəlib” artıq gəncliyə də yaxşı istiqamət verə bilmir.

Çünki ünvanlı sosial yardım üçün dəridən-qabıqdan çıxan təbəqədən xeyirxahlıq, başqa ünvanlara maddi dəstək ummaq əməlli paradoks yaradır.  

 

İlin-günün bu vaxtında pul dərdi çəkən ailələri bayram xonçasına, məbləğı böyük olmasa da, bu missiya üçün toplanan vəsait kampaniyasına cəlb etmək şəfqət anlayışını çirkinləşdirməkdən başqa bir şey deyil.

Kasıbdan sponsor, xeyriyyəçi ola bilərmi! 

 

Cəmiyyətin günahlar içərisində itib-batan mədəni- ictimai oğruları öz günahlarını savabla yumalı olduğu halda, humanist təşəbbüslərdən kənarda qalsın, qarğış qazanmayan ehtiyaclı insan, sanki qüsurlarının əfvinə sığınmalıdır deyə, sədəqə versin, insanpərvər, əl tutan olsun, hansı günahları üçün?!       

 

Niyə xeyriyyə kampaniyasında bir məktəb, yaxud bir sinfə yardım ərzağı konkret kiloqramla, digərinə “Allah verən”lə, başqasına dəqiq pul məbləği ilə təyin edilir?

 

Bəs bu, ümummilli kampaniyaya müəllimin, direktorun, nazirin əmək haqqının  heç olmasa, bir faiz töhfəsi varmı?

 

Kim zəmanət verə bilər ki, sovqat ünvanına gedib çıxdığı kimi, pulun da məqsədi, adresi sovqata, qocalar evlərinə, yetimxanalara, hərbi hissələrə bağlıdır...       

 

Səfər Əbiyevdən sonra ordunun başına keçən gül kimi nazir-Zakir Həsənovun vaxtında orduya üzqırxan?!

Sadəcə gülməlidir!

Xarakterini, işindəki məsuliyyətini yetərincə isbat etmiş Zakir Həsənov öz cibindən əsgərə üzqırxan alar, amma qısa müddətdə zəhmət qoyduğu ordunun pozitiv imicini ucuz bir əşyanı dilənçilik psixologiyası ilə toplamaq kampaniyasına qurban verməz!

Bu kampaniyanın arxasında ondan savayı, yetərincə isim tapmaq mümkündür.   
  

Pakistanın,  İsrailin, Rusiyanın silah sənayesinin bahalı məhsullarını   alan ölkə ordusunun fiziki-maddi çəkisi olmayan üzqırxana, bir boz corabamı ehtiyacı var?!

Üstəlik, əsgər analarının yollarda qaldığını biliriksə,  mahiyyəti bir şey olmayan diş pastaları, diş şotkaları, corabların məktəblərdə hansı niyyətlə topladığının izinə düşmək lazımdır.

Pul yığılan yerlər təftiş zərurəti yaradır ki, bu pullar, vacib ləvazimatlar kimlərin maraq dairəsindədir.  

Bəlkə bu ləvazimatlar gizlicə satış masalarına yol alır!

Azərbaycanda rüşvət bir yana, qalmaqallı kasetlərlə imici ləkələnən, şəxsi hissləri ilə mənliyini bir qəpiklik edən o qədər məktəb direktoru gördük ki, çirkinləndirilmiş bu şəfqət aksiyasına görə şübhəli baxışlar onların da üzərində gəzir.

Yuxarıdan basılan xeyriyyəçilik düyməsi fərdi ciblər üçün bir fürsət yaradır. Kim bu kampaniyadan öz nəfinə nə qazandı-qazandı, - lap yol tikintisinə ayrılan dövlət vəsaitinə xain baxışların fürsətcilliyi kimi.   

Dövlət büdcəsi bu qədərmi kasadlaşdı, zənginlər bu qədərmi müflis oldu, bank borcları içində itib-batan, kirayə mənzillərdə çürüyən, iş yerlərini itirən, sosial cəhənnəmin ortasında, dəyərsiz pul kütləsinin əlində aciz qalan ailələr yetimlərə, qocalara, əsgərlərə sponsorluq etsin! Özünə umac ova bilməyən başqasının xəmirinin qulpundan necə yapışa bilər?!

Təhsilin başındakı mötəbər beş-on insanın öz cibindən etmədiyi yardım aksiyasına imkansız çevrə necə töhvə verə bilər?!

Bayram xonçası nədir ki, onu beş-on yetimxanaya, qocalar evinə nazirlik özü verə bilməsin?!

 

Amma bölüşəndə tox, bölünəndə yox olmaq hikmətini yaşatmağı bacaranlar sosial cənnətin başında yer alanlar deyil,  sosial cəhənnəmin ortasında inləyən insanlar oldu ki, təknəsindəkini bölüb, bu gözəl bayram günlərində özləri kimi qəlbi qırıqları  tox,  toplumun kasıb hissəsini bütöv etməyi bacardı.

Əgər o xonçalar mənzilinə çatdısa.

O pullardan yetimlər faydalandısa.

O corablar əsgərin ayağını qızdırdısa...     

Tanrı ruzunu ürəkliyə, səxavətliyə, dar məqamda bir tikəsini bölüşmək böyüklüyü olanlara versin!

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34