Modern.az

Vens: Milyarderlərə və demokratlara qarşı çıxdıq

Vens: Milyarderlərə və demokratlara qarşı çıxdıq

Dünya

18 Sentyabr 2026, 23:53

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ölkə administrasiyasının vergi siyasətindən danışıb.

Modern.az xəbər verir ki, Vens milyarderlərin, xarici korporasiyaların və Konqresdəki demokratların administrasiyanın təşəbbüslərinə müqavimət göstərdiyini bildirib.

“Milyarderlər, xarici korporasiyalar və Konqresdəki demokratlar hər mərhələdə bizə qarşı çıxdılar. Bəs biz nə etdik? Bəxşişlərə vergini ləğv etdik”, – Vens deyib.

Qeyd edək ki, Vensin “bəxşişlərə verginin ləğvi” adlandırdığı qayda hüquqi baxımdan müəyyən şərtlərlə tətbiq olunan vergi güzəştidir. ABŞ Daxili Gəlirlər Xidmətinin (IRS) məlumatına görə, uyğun işçilər 2025–2028-ci vergi illərində ixtisaslaşdırılmış bəxşiş gəlirlərinin illik 25 min dollaradək hissəsini vergiyə cəlb olunan gəlirdən çıxa bilərlər. Güzəşt gəlir səviyyəsi və digər meyarlardan asılıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?