Modern.az

“Neftçi” yubiley oyununda qələbə qazandı

“Neftçi” yubiley oyununda qələbə qazandı

İdman

Bu gün, 20:06

Azərbaycan Premyer Liqasının VI turunun açılış matçında “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib.

Modern.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə qonaqların qollarını Breno Almeyda (25), Adeleke Akinyemi (86) və Lyobomir Tupta (90+2) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun komandası 15 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Qırmızı-qaralar” isə 4 xalla 8-ci pillədə yer alıb.

Qeyd edək ki, günün növbəti matçında “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 19:45-də başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?