Modern.az

"Qarabağ" "Şəfa"nı məğlub edib

"Qarabağ" "Şəfa"nı məğlub edib

İdman

Bu gün, 22:33

Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib.

Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.

61-ci dəqiqədə əllə oyuna görə təyin olunan penalti zərbəsini Marko Yankoviç qola çevirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onuncudur.

Qeyd edək ki, turun açılış matçında "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?