Modern.az

Yük avtomobilinin altında qaldı

Yük avtomobilinin altında qaldı

Hadisə

18 Sentyabr 2026, 23:01

Cəlilabad rayonunda yük avtomobilinin altında sıxılıb qalan sürücü xilas edilib.

Modern.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. Kənd sakini Xanhüseyn Abbasov "ZİL" markalı yük avtomobilində təmir işləri apararkən nəqliyyat vasitəsinin qaldırıcı kranı buraxıb. Nəticədə sürücü avtomobilin altında sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyilə onu avtomobilin altından çıxararaq xilas ediblər.

Sürücü hadisə nəticəsində yüngül bədən xəsarətləri alıb. O, aidiyyəti üzrə təhvil verilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə Rusiyanın arzusunu ürəyində qoydu - Rədd cavabı!