Modern.az

Pakistanda məsciddə partlayış olub, 21 nəfər ölüb

Pakistanda məsciddə partlayış olub, 21 nəfər ölüb

Dünya

18 Sentyabr 2026, 20:33

Pakistanın Xayber-Paxtunxva əyalətində məscid yaxınlığındakı partlayış olub.

Modern.az xəbər verir ki, bu barədə "The News Pakistan" məlumat yayıb. Hadisə nəticəsində 21 nəfər, o cümlədən 15 polis ölüb. Partlayışda 103 nəfər yaralanıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, məscidin xarici hissəsi ciddi şəkildə zədələnib, həmçinin divar uçub. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Kohat dairə xəstəxanasında fövqəladə vəziyyət rejimi elan edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri