14 Aprel 2017, 11:23 | Ana Səhifə - Yazılar - Bəsit bir qurğunun əsarətində itirilənlər
Bəsit bir qurğunun əsarətində itirilənlər

Vəfa Allahverdiyeva

Ən qədim əyyamların xəbər aparıb-gətirən gözəl gözlü, ağ-qara, boz göyərçinləri bir gün yerini  poçt qutusuna, poçtalyonlara, daha sonra telefona, geniş ictimai xəbərləşmə müstəvisi televizora, radioya verəndə, insan rabitənin bu dinamik, sivil  inkişafında sahib olduğu  müsbət keyfiyyətlərinin heç birini itirmədi, əksinə daha da kamilləşdi.

İbtidai xəbərləşmə üsulu məktub nümunəsində  yazını, ana dilini, əzizlərə qayğını, sevginin, hörmətin xoş  həyəcanını  öyrənə bildi.

Telefon ixtirası ilə kəlmələrinə təmizlik, sözünə dəqiqlik qatmağa, başqa sözlə, nitq mədəniyyətinə sahibləndi.

Üstəlik, yaxın insanların arasındakı əlaqələr bu nazik sim tellər  üzərinə düşən birləşdirici rolla bir az da möhkəmlənmiş oldu. 

Televizor və radio insanı geniş xəbər qanadında hər yerə, hər məsələyə daşıdı; onun mənəvi zövqlərə-kinoya, musiqiyə, gərəkli sosial-elmi diskussiyalara  yolunu açdı.

Amma bütün bu etaplarda insan nə məktub yazmaq xəstəsinə çevrildi, nə televiziya, nə radio düşkününə.

Saatlarla asılı qaldığı telefon dəstəyi də qeybətdən daha artıq dərdləşmək, yaxın olmaq niyyətlərinə xidmət etdi.

İnsan bunun da  əsarətinə heç düşmədi.    

Əski texnoloji inkişaf güman etməzdi ki, bir gün televiziyanın, radionun, teleqrafın, məktubun- hamısının rolunu kiçicik bir qurğu özündə daşıyıb, təkcə texnoloji dəb, yeni zövq, rahatlıq, çevik informasiya məsələsini ortaya qoymayacaq, eyni zamanda, insanı insanlığından ayırıb, tamam başqa bir məxluqa, heykələ çevirəcək; başqa bir hala salacaq.

Günümüzün vahim tərəfi budur və həyəcan siqnalını çalanlar heç də haqsız deyillər.   

Balaca mobil qurğunun içərisində sanki şeytan əməlli dostluq proqramları, özünü gözəsoxma və yazışma funksiyaları deyil kitab dəbi, çap mətbəəsi, deyil rahat qoltuqda seyr edilən böyük ekran- cihaz, deyil aybaay mənasız yerə aylığı ödənən ev telefonlarının əhəmiyyətini, başlıcası insanın öz əzizlərinə, doğmalarına münasibətini də dəyişir.

Balaca qurğuya bitib-tükənməz eşq ailə eşqini öldürür.

Saatlarla mobil qurğuya sarılıb, kim nə etdi, nə yazdı, nə paylaşdı, qarabaqara izləməyin, sutkanın yarıdan çoxunu bu macəra ilə keçirməyin  sonucu gəncləri təhsildən, atanı evdən, ananı ev qayğılarıdan qoparıb, təsəvvürəgəlməz mənəvi problemlərin ortasına atır.

Çünki texnologiyanın pis tərəflərinə immunitet güclü deyil. O yanlış, təhlükəli cəhətləri özündən, ailədən kənar tutmağa iradə çatmır.

Əksinə, ailənin kiçik fərdlərinə də texnoloji qurğunun içərisindəki həngamələr  sevgisinə yolu, bəsit əyləncənin əlinə əsir düşmüş böyüklər özü açır.

Nəticədə dərs auditoriyasında gizli feysbuk, vatsap yazışmaları ucbatından  45 dəqiqəlik dərsdən hafizəyə faydalı bir damla düşə bilmir.

Sonra deyirlər, təhsil niyə belə bərbad gündədir!       

Vahimiyyət hələ burda nədir ki!

Bir texnoloji rahatlıq əskisini kölgədə qoya, onun tamamilə önünə keçə bilər, amma insanları öz əsirinə çevirməsindən və cazibəni büsbütün öz üzərinə çəkməklə, yaxınlar arasında uzaqlaşma yaratmasından, insanı özünəqapanan, lal, tənbəl, ətrafa laqeyd bir məxluqa çevirməsindən, ailə institutunu ciddi zədələməsindən  böyük dəhşət ola bilməz!

Limitsiz internetlə deyil ailəni, millətin evini də yıxmaq mümkündür! Bol-bol internet imkanı daşıyan balaca qurğuya günbəgün artan eşq nələri ala bilər, nələrə bais ola bilər, bir düşünək.    

Əlbəttə, feysbukdakı 500 insanın paylaşdıqlarını yatana qədər izləmək, güdmək, bəyənib-bəyənməmək, nəyəsə həsəd aparmaq, nəyəsə qıcıqlanmaq, cavab yazmaq, cavab gözləmək, eyni şeyləri vatsapda təkrarlamaq, ya da orda baş verənləri təqib etmək ailə üçün ayrılmalı vaxtın mənasızcasına itirilməsi, ailədaxili müzakirələrin arxa plana atılması, ailə daxilində arzuolunmaz mənəvi böhranın başlanması deməkdir.  

Övlad ata-anadan, ər arvaddan, arvad ərdən uzaqlaşır; bir dam altında yadlaşmanın, tənhalığın, soyuq münasibətlərin təməli atılır.

Kimin nə düşünməsi, hansı kədərlə qıvrılması, kiçiklərin nə istəyib-istəmədikləri laqeydlik ucbatından gizli qalanda, bunlar bəsit telefon əyləncəsinin əsirinə çevrilən tərəfin gözünə görünməyəndə, ailə  bir-birindən  qopmağa başlayıb, dərin bir bataqlığa sarı yol alır. 

Hər divan, kreslonu bir adamın zəbt edib, qurğuya bərk-bərk sarılması ənənəvi ailə sevincini, ailə xoşbəxtliyini, ailə dəstəyini dərin bir kədərin, qorxulu sükunətin içinə dəfn edir.

Azərbaycan ailəsi öz nəşəsini, dincliyini bir-birinin dizinin dibində, mərhəmətli baxışlarında, qayğıkeş əlində, təsəllisində yox, sosial şəbəkələrdəki şəkillərdə, sözlərdə, söyüşlərdə, konfliktlərdə axtarır.                

Otağın o biri başındakı oğlunu yeməyə çağıran ananın cavabı mesajla alması, ərin arvaddan çayı vatsap üzərindən istəməsi, vatsap üzərindən gileylər, xahislər, yaxın adamların qayğıkeşliyinin, hal-əhval tutmanın səssizlik, sükunət daşınan ismarıc üsuluna ötürülməsi insanlar arasındakı mənəvi bağların tədricən qırılması, mənəvi kamilliyin azalması, ruhun zəifləməsi  deməkdir. 

Sabah səslər- tanınmaz, danışmayan dillər- küt, insanın kimlik və cazibə  sirri nitq- qüsurlu  olacaq.   

Hər gün baş verən qəddar cinayətlər, səbəbi dəqiq açılmayan intiharlar, çirkinləşən  ailə dəyərlərində insanların bir-birindən qopması, yadlaşması, ruhən zəifliyi, azalan mənəvi kamilliyindən  düşən pay, bəlkə daha artıqdır.

Bunun həyəcan siqnalını çalanları diqqətə almaq birinci parlamentin, müvafiq inzibati qurumların  üzərinə düşən məsuliyyətə  çevrilir.

Tarif Şurası yanacağın qiymətini artırıb israfçılığı düşündüyü kimi, internetin yüksək tarifi ilə də millətin mənəvi kamilliyi, itən ailə dəyərlərini düşünmək zorundadır. 

Ya da bəlkə, başqa qadağalar, məhdudiyyətlər gündəmə daşınmalıdır.   

İnsanın sərbəstlik ixtiyarına qarışma mənasında təpki alan siqaretdən, içkidən tutmuş, zərərli vərdişlərin məhdudlaşmasına xidmət edən qanunlar, toplumun üç gün tez, beş gün gec, bir il erkən, iki  il çox uzaq, amma sonunda tabu, hökm şəklində, ağır şərtlər altında alışacağı bir gerçəklikdir.

Millətin, toplumun xeyrinə olan heç bir sərt qanunun, inzibati yasağın  anti-demokratiya və cahilliklə əlaqəsi ola bilməz.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qızını zəncirləyən ana danışdı: “Məni qınayanların başına gəlsin” – VİDEO 23 İyul 2021, 22:26 Kəlbəcərdə atışma DAVAM EDİR 23 İyul 2021, 22:11 Türkiyədə yoluxma sayı daha da artdı 23 İyul 2021, 22:07 Şahmatçımız beynəlxalq turnirin qalibi oldu 23 İyul 2021, 21:53 Azərbaycanda polkovnik həbs edildi - RƏSMİ 23 İyul 2021, 21:40 Şəmkirdə ağır qəza: 2 nəfər öldü 23 İyul 2021, 21:31 İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var 23 İyul 2021, 21:19 Şirvanda yanmış meyiti tapılan şəxsin kimliyi məlum oldu 23 İyul 2021, 21:08 Vaqif Axundovun bacısı oğlu saxlanıldı 23 İyul 2021, 20:54 Bərdədə qızın zəncirlənməsi ilə bağlı cinayət işi başlanıb 23 İyul 2021, 20:49 Qazaxda göldə batan var 23 İyul 2021, 20:47 Tacikistandan 100 min əfqan qaçqına "yaşıl işıq" 23 İyul 2021, 20:35 İlya Azar Gürcüstanda da arzuolunmaz şəxs elan edildi 23 İyul 2021, 20:21 Mobil operatorların gəlirləri bəlli oldu 23 İyul 2021, 20:08 Xırdalanda sex yandı - VİDEO 23 İyul 2021, 20:00 Ombudsmana müraciət edənlərin sayı çoxalıb 23 İyul 2021, 19:55 General Azər Əliyevə yüksək vəzifə verildi 23 İyul 2021, 19:50 Reza Deqati mədəniyyət nazirilə görüşüb 23 İyul 2021, 19:44 Birgə Komissiyaların yeni tərkibi təsdiqləndi - SİYAHI 23 İyul 2021, 19:37 Gözətçi qadını qətlə yetirən polis HƏBS EDİLDİ 23 İyul 2021, 19:30 İlham Əliyev bu komissiyanın yeni tərkibini TƏSDİQLƏDİ 23 İyul 2021, 19:23 Prezident Vətən Müharibəsi Qəhrəmanını korpus komandiri TƏYİN ETDİ 23 İyul 2021, 19:16 Prezidentdən Əli Əhmədov və bu nazirlərlə bağlı SƏRƏNCAM 23 İyul 2021, 19:09 Nizam Osmanova yeni vəzifə verildi 23 İyul 2021, 19:03 Ölkəmizin çoxvektorlu xarici siyasət kursu uğurla davam edir 23 İyul 2021, 19:00 Ənvər Əfəndiyev Quru Qoşunları komandanı TƏYİN OLUNDU 23 İyul 2021, 18:55 Bu gün peyvənd olunanların STATİSTİKASI 23 İyul 2021, 18:48 Müdafiə Nazirliyində mühüm təyinatlar - 4 generala yeni vəzifə verildi 23 İyul 2021, 18:42 Yoluxma 300-ü keçdi - 3 nəfər öldü 23 İyul 2021, 18:36 Şəhid olan gizirimiz medalla təltif edilibmiş 23 İyul 2021, 18:30 Füzulidə xeyli sayda silah-sursat aşkar edildi 23 İyul 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 23 İyul 2021, 18:16 XİN sərhəddəki təxribatla bağlı məlumat YAYDI 23 İyul 2021, 18:10 İşdən çıxarılan "Zəfər" ordenli general... - DOSYE 23 İyul 2021, 18:06 Toğanalı-Kəlbəcər-İstisu yolunun tikintisinə başlanıldı 23 İyul 2021, 18:03