Modern.az

Atatürkün büstünü oğurlayıb metal qəbuluna verdilər

Atatürkün büstünü oğurlayıb metal qəbuluna verdilər

Dünya

Bu gün, 00:39

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün büstü oğurlanıb.

Modern.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Hadisə Türkiyənin Zonquldak vilayətində baş verib.

Məktəbin həyətindəki metal büst iki nəfər tərəfindən oğurlanaraq metal qəbulu məntəqəsinə verilib.

Onların büstü satmaq cəhdi uğursuz olub. Bundan sonra şübhəlilər büstü meşəyə atıblar.

Polis hər iki şəxsi saxlayıb. Məhkəmə onların barəsində həbs qərarı çıxarıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV