Modern.az

Zelenski mediaya qadağa qoydu

Zelenski mediaya qadağa qoydu

Dünya

Bu gün, 00:24

Ukrayna Prezidenti Volodimir Zelenski 2026–2027-ci illərin payız-qış mövsümündə kritik infrastrukturun mühafizəsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını qüvvəyə mindirən fərman imzalayıb.

Modern.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

Fərmana əsasən, kritik infrastruktur obyektlərinə dəyən zərərin nəticələri, onların bərpası üçün tələb olunan müddət və mühafizə qurğularının tikintisinin gedişi barədə məlumatların mediada yayımlanması qadağan edilir.

Məlumatların yayılmasına qoyulan məhdudiyyətlər enerji obyektlərini və əhalinin həyat təminatı sistemlərini əhatə edir.

Qeyd edək ki, noyabrın 28-də imzalanmış 1151/2026 nömrəli fərman Ukrayna Prezidentinin rəsmi internet səhifəsində dərc olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Gürcüstana sərt xəbərdarlıq - Rusiyadan müharibə hədəsi - Gündəm Masada - Media Turk TV