Modern.az

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə BMT İnkişaf Proqramı arasında 80 minlik müqavilə imzalanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə BMT İnkişaf Proqramı arasında 80 minlik müqavilə imzalanıb

10 Sentyabr 2009, 12:49

«Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının gücləndirilməsi» adlı müştərək layihənin maliyyələşdirilməsilə bağlı bü gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə BMT İnkişaf Proqramı arasında müqavilə imzalanıb. Mordern.az saytının məlumatına görə, tədbirdə A.Quliyev layihənin 3 əsas mərhələdə aparılacağını deyib.
Layihənin 21 rayonda həyata keçiriləcəyini bildirən Şura sədri təlimlər çərçivəsində realaşdırlacaq proqramın regionlarda olan 5 QHT təlim mərkəzi tərəfindən aparılacağını dilə gətirib. Onun sözlərinə görə, layihədən 520 QHT fəalı faydalancaq.
BMT İnkişaf Proqramının rezidedent nümayəndəsi Buruno Pueza təmsil etdiyi qurumun üçüncü sektora böyük önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, QHT-lərin layihədən maksimum dərəcədə yararlanması üçün hər bir imkanlardan sitifadə ediləcək. O, bundan sonra da QHT sektoruna yardım edəcəklərini söyləyib. 
Qeyd edək ki, layihənin əsas məqsədi üçüncü sektorunun davamlı inkişafının təmin edilməsi üçün regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərlik, layihə idarə etməsi və mühasibat uçotunun aparılması üzrə təcrübələrinin təkmilləşdirmək, onlara lazımi yardımlar göstərməkdir.
Xatırladaq ki, üç mərhələdə realaşdırlacaq layihənin həyata keçirilməsi üçün BMT-nin inkişaf proqrammı 50 min, Şura isə 30 min ABŞ dolları məbləğində vəsait ayırıb. Nəzərinizə çatdıraq ki, Şura daha öncə Dünya Bankı ilə müştərək bir layihə həyata keçirmişdi.

 

Aqil LƏTİFOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir